Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969, Budapeşt)— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar.
| mac. Polgár Zsuzsa | |
| |
| Ölkə | |
| Doğum adı | Polgár Zsuzsanna |
| Doğum tarixi | |
| Doğum yeri | Budapeşt, Macarıstan |
| Titulu | Qrosmeyster |
| Son reytinqi |
|
| FİDE nömrəsi | 700088 |
| Dünya çempionluğu | 1996-99 |
| susanpolgar.com | |
15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı. O, qısa müddət əzrində 2007-ci ildən 2009-cu ilə kimi ABŞ Şahmat Federasiyasının icraiyyə şurasının üzvü olub.
Şəxsi həyatı
O, Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. O, indi Texasda Labbok şəhərində yaşayır. Polqar kompüter məsləhətçisi Yakov Şutzman ilə evlənib və Nyu-Yorka köçüb. Onların Tom (1999) və Lim (2000) adında iki oğlu oldu. Bir müddətdən sonra onlar boşandılar . Polqar 2006-cı ilin dekabrında biznes meneceri və dostu Pol Çıonq ilə ailə həyatı qurdu.
Həmçinin bax
Qadınların Dünya Şahmat Çempionatı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süzen Polqar haqqında məlumat. Süzen Polqar nədir? Süzen Polqar nə deməkdir?
