Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Stalski (əsl soyadı: Həsənbəyov, ləzg. СтӀал Сулейман, rus. Сулейман Стальский; 18 may 1869, Aşaqa-Stal[d], Dağıstan vilayəti – 23 noyabr 1937, Mahaçqa

Süleyman Stalski

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Stalski

Süleyman Stalski (əsl soyadı: Həsənbəyov, ləzg. СтӀал Сулейман, rus. Сулейман Стальский; 18 may 1869, Aşaqa-Stal[d], Dağıstan vilayəti – 23 noyabr 1937, Mahaçqala, Dağıstan MSSR, SSRİ) — ləzgi şairi, XX əsrin ən məşhur Dağıstan şairlərindən biri. O, əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır.

Süleyman Stalski
ləzg. СтӀал Сулейман
Doğum adı Süleyman Həsənbəyov
Doğum tarixi 18 may 1869
Doğum yeri Aşağı Stal kəndi, Dağıstan vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 23 noyabr 1937 (68 yaşında)
Vəfat yeri Mahaçqala, Dağıstan MSSR, SSRİ
Fəaliyyəti şair
Əsərlərinin dili ləzgi və Azərbaycan dilləri
İstiqamət Sosialist realizmi
Janrlar şeir, poema, pyes
İlk əsəri Bülbül (1900)
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Stal Süleyman sovet ləzgi poeziyasının əsasını qoymuş ləzgi xalqının böyük şairidir. O, 1869-cu ildə Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Uşaq vaxtı yetim olmuş şair, uzun illər çörək qazanmaq üçün qürbətdə olmuşdur. Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləmiş, varlı adamların qapısında nökərlik etmişdir.

S.Süleyman poeziyaya özünəməxsus yenilik gətirmişdir. Şer yazmağa orta yaşlarında başlamışdır. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazmışdır. Onun şerləri qəzetlərdə çap olunmuş, 1927-ci ildə Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına şerləri daxil edilmişdir. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxmışdır. Bundan sonra o, Dağıstan Xalq şairi adına layiq görülmüşdür. Fəal yaradıcılığına görə şairə lenin ordeni verilmişdir.

Stal Süleyman 1937-ci ildə vəfat etmişdir.

1957-ci ildə Bakı Kinostudiyasında Rza Təhmasib və Mikayıl Mikayılovun çəkdikləri "Mahnı belə yaranır" filmi Süleyman Stalskinin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edir.

Həmçinin bax

  • Mahnı belə yaranır (film, 1957)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, süleyman stalski sözünün mənası, süleyman stalski haqqında məlumat. süleyman stalski nədir? süleyman stalski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Var (departament)

  • Fevral 27, 2026

    Muğan Gəncəli

  • Mart 06, 2026

    Niderland bayrağı

  • Fevral 27, 2026

    Avstriyalı Anna

  • Fevral 27, 2026

    Kunlun dağları

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst