Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (

Süleyman Mirzə

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Mirzə

Süleyman Mirzə — I Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi.

Süleyman Mirzə
Doğum tarixi 28 mart 1554(1554-03-28)
Doğum yeri
  • Naxçıvan
Vəfat tarixi 2 noyabr 1576(1576-11-02) (22 yaşında)
Dəfn yeri
  • Hüseyn İmamzadəsi (Qəzvin)
Atası Şah Təhmasib Səfəvi
Anası Sultan Ağa xanım

Mündəricat

Həyatı

Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur. 1570-ci ildən atasının yanında yaşamışdır.

1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar. 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı.

İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi. Heydər mirzənin ölümündən sonra isə şahzadə Süleymanın öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.

Beləliklə şahın əmri ilə qardaşı Mustafa mirzə Pirə Məhəmməd xanın, Süleyman mirzə isə dayısı Şamxalın himayəsinə göndərildi. Və hər iki şahzadə şahın fərmanı ilə qətl edildilər. Süleyman mirzə 1576-cı il noyabrın 1-nə keçən gecə dayısı Şamxal sultanın əli ilə öldürüldü.

Ədəbiyyat

  • Floor Willem M. (2008). Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. ISBN 978-1933823232.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,”Şərq-Qərb”,2007,344 səh.+8 səh. ISBN 978-9952-34-101-0
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s. ISBN 978-605-030-641-5
  • İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh. ISBN 978-9952-34-620-6
  • Savory Roger (2007). Iran under the Safavids. Cambridge University Press. pp. 1–288. ISBN 0521042518.
  • Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s. ISBN 5-8066-0436-5

Həmçinin bax

  • Səfəvilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleyman Mirzə haqqında məlumat. Süleyman Mirzə nədir? Süleyman Mirzə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elba (çay)

  • Fevral 26, 2026

    Anna Freyd

  • Fevral 27, 2026

    Kunaşir

  • Fevral 27, 2026

    Bəydili

  • Fevral 27, 2026

    Qida

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst