Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur.
| Rəziyyə Gənəvi | |
|---|---|
![]() Rəziyyə Gəncəvinin Hacıkənd qəsəbəsindəki "Sələflər-xələflər parkı"ndakı büstü | |
| Doğum tarixi | |
| Doğum yeri | Gəncə |
| Vəfat tarixi | |
| Vəfat yeri | Gəncə |
| Vətəndaşlığı | Azərbaycan Atabəylər dövləti |
| Fəaliyyəti | şairə |
| Əsərlərinin dili | fars dili |
| İstiqamət | Divan ədəbiyyatı |
| Janrlar | rübai, qəzəl |

Haqqında
Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər.
Rübailəri
***
Yolun torpağıtək eyləsən də xar,
Yenə də qulunam, ey əziz dildar!
Qərqəm göz yaşına, mərhəmət qılıb,
Alsan ağuşuna məni, nə olar?
***
Yuxum yox, getmə sən, canan, gözümdən,
Getməyir göz yaşı bir an gözümdən.
Çünki sən gözümü etmisən məskən,
Sevincdən yaş damır hər an gözümdən.
Ədəbiyyat
- Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya Press", Bakı, 2005
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəziyyə gəncəvi sözünün mənası, rəziyyə gəncəvi haqqında məlumat. rəziyyə gəncəvi nədir? rəziyyə gəncəvi nə deməkdir?