Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyov soyadını qəbul etdilər.

Rəfibəylilər

  • Ana Səhifə
  • Vikipediya
  • Rəfibəylilər

Rəfibəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri.

Rəfibəylilər
Titul Bəy
Əcdadı Rəfi bəy
Qohum soylar Rzayevlər
Mənşəyi Gəncə
Təbəəliyi Gəncə xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Soyun yaranması

Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyov soyadını qəbul etdilər.


Türkiyədə 3 fərqli soyadla yaşayıblar. Sayqın, Arran və Əskəran.

Soyun tanınmış nümayəndələri

  • Hacı Həsən Rəfiyev (– may 1920, Gəncə) — Gəncə Şəhər Dumasının üzvü, maarifçi, xeyriyyəçi. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və döyüşdə həlak olub. Şair, yazıçı Mikayıl Rəfilinin atasıdır.
  • Hacı Məmmədhüseyn Rəfiyev (1860, Gəncə, Tiflis quberniyası – 1920, Gəncə) — sənayeçi və 1-ci gildiya taciri. Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Difai Partiyasının Gəncə təşkilatının üzvü, Gəncə Şəhər Dumasının qlasnısı olub. 3 dəfə ailə qurub. Bu evliliklərdən 6 oğlu və 5 qızı olub. Məmmədhüseyn bəy ilk dəfə Xəlil bəy Xasməmmədovun bacısı Xeyrənsə xanım ilə ailə qurub. Bu evlilikdən Məşədi Əli, Musa, Abbas, Muxtar və Bilqeyis xanım dünyaya gəlib. Xeyrənsə xanım 1896-cı ildə vəfat etdikdən sonra Məmmədhüseyn bəy 1899-cu ildə Abuzər bəy İrzayevin bacısı Sitarə xanımla ailə qurub. Bu evlilikdən Xanım, Həmidə, Yusuf, Mirzə, Şəfiqə adlı övladları dünyaya gəlib. 1910-cu ildə Sitarə xanım dünyasını dəyişdikdən sonra Məmmədhüseyn bəy 1912-ci ildə Böyükxanım Hacıyeva ilə ailə qurub. Bu evlilikdən Fəridə adlı qızları dünyaya gəlib.
  • Abbas Rəfiyev (1887, Gəncə – 1938, Təbriz) — sənayeçi və tacir. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub. Xalçaçılıq üzrə ixtisaslaşıb. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak etdiyinə görə güllələnib.
  • Musa bəy Rəfiyev (1888, Gəncə – 1938, Təbriz) — ictimai-siyasi və dövlət xadimi. 1914-cü ilin sonlarında Həsən bəy Ağayev və Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətini yaradıb. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub. Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb. Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib.
  • Məşədi Əli Rəfiyev (11 mart 1889, Gəncə – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913),Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib. 1899-cu ildə Xədicə Rzayeva ilə ailə qurub. Bu evlilikdən 4 oğuları (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızları (Validə, Cəmilə, Şəfiqə) olub. Gəncə Kişi Gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev Şamxor döyüşündə dünyasını dəyişib. Gəncə üsyanından sonra Türkiyəyə mühacirət edən Məşədi Əli bəy bura oğulları Səlim və İslamı da gətirib. Daha sonra burada ikinci dəfə İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla ailə qurub.
  • Mirzə bəy Rəfibəyli - Gəncə Şəhər Dumasının üzvü, ictimai və siyasi xadim. Mirzə Kərim bəy Rəfibəyovun oğlu.
  • Xudadat bəy Rəfibəyli —Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Gəncədə mərkəzi xəstəxananın baş həkimi, həkim, 1 iyun 1920-ci ildə güllələnmişdir.
  • Əyyub bəy Rəfibəyov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şəki qəzasının rəisi, ictimai-siyasi xadim.
  • Abuzər bəy Rzayev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü.
  • Səməd bəy Rəfibəyli — Səməd Sayqun, ADR zabiti, Atatürkün silahdaşı, paşa
  • Ələkbər bəy Rəfibəyli — Difai Partiyasının yaradıcılarından biri, Gəncə Şəhər Dumasının üzvü, maarifçi.
  • Cavad bəy Rəfibəyli — maarif xadimi.
  • Nigar Rəfibəyli — şairə, tərcüməçi, 1934-cü ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), Azərbaycanın Xalq şairi (1981).
  • Akif Rəfiyev — əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan SSR daxili işlər nazirinin müavini (1989-1991), Azərbaycan Respublikası ədliyyə nazirinin müavini (1991-2002)

Mədəniyyətdə

2010-cu ildə Rafael Hüseynovun Rəfibəylilər haqqında yazdığı "Yurdun adındakı can" adlı kitabı işıq üzü görüb.

2021-ci ildə Mədəniyyət Televiziyasında Rafael Hüseynovun təqdimatında Rəfibəylilər haqqında iki hissəli veriliş yayımlanıb.

Həmçinin bax

  • Gəncə xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəfibəylilər haqqında məlumat. Rəfibəylilər nədir? Rəfibəylilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şafi

  • Fevral 27, 2026

    Arkadi Qukasyan

  • Fevral 27, 2026

    Gül Baba

  • Fevral 12, 2026

    XIV Lev

  • Fevral 27, 2026

    Rəfiq Həriri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst