Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəcəb Əfəndizadə (1893, Nuxa – 20 dekabr 1956) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu.

Rəcəb Əfəndizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Rəcəb Əfəndizadə

Rəcəb Əfəndizadə (1893, Nuxa – 20 dekabr 1956) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu.

Rəcəb Əfəndizadə
Doğum tarixi 1893(1893)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 dekabr 1956(1956-12-20) (62–63 yaşında)
Fəaliyyəti yazıçı

Mündəricat

Həyatı

Rəcəb Əsədulla oğlu Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur.

Şəkidə mollaxanada (1900–1901), altısinifli şəhər məktəbində (1902–1910), Qori Müəllimlər Seminariyasında (1910–1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914–1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915–1922), Şəki Pedaqoji Texnikumunda (1922–1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929–1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində tədbirlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir. Əfəndizadə bədii yaradıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-birinə möhtacdır" (1911), "Gimnazist Vahid" (1911), "Kimdir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrini, "Axır çərşənbə" (1913) pyesini və s. yazmışdır.

Ədəbiyyat

  • Hikmət çələngi (tərtib edən X.Məmmədov). Bakı. 1997
  • XX əsr Azərbaycan nəsri (tərtib edən X.Məmmədov), Bakı, 1992
  • Qiyasbəyli M.. Rəcəb Əfəndiyev. Bakı, 2001.

Həmçinin bax

  • Qori müəllimlər seminariyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəcəb əfəndizadə sözünün mənası, rəcəb əfəndizadə haqqında məlumat. rəcəb əfəndizadə nədir? rəcəb əfəndizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Lotus

  • Fevral 27, 2026

    Şahdağ

  • Fevral 27, 2026

    Məsqət şəhəri

  • Mart 01, 2026

    Phasianus

  • Mart 07, 2026

    Irk Bitig

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst