Rüfət Sabir oğlu Mehdiyev (7 iyul 1969, Bakı – 1 fevral 2011, Bakı) — müğənni və aktyor.
| Rüfət Mehdiyev | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 7 iyul 1969 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 fevral 2011 (41 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | Nizami rayon qəbiristanlığı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni |
| Fəaliyyət illəri | 1992–2011 |
| Janr | ritmik |
Həyatı
Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.
1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb.
1986-1992-cı illərdə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb
1989-cu ildən musiqi ilə məşğul olub.
1992-ci ildən müğənnilik edib.
Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.
1 fevral 2011-ci il tarixində insultdan vəfat edib. Nizami rayon qəbiristanlığında dəfn edilib.
Filmoqrafiya
- Qış nağılı. I film (film, 2002)
- "Moskva-Bakı" qatarı (film, 2005)
- Dünən qəfildən gəldi (film, 2009)
Həmçinin bax
- Azərbaycan musiqisi
- "Badi Kubə" qrupu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rüfət Mehdiyev haqqında məlumat. Rüfət Mehdiyev nədir? Rüfət Mehdiyev nə deməkdir?
