Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rövşən Qəmbər (3 iyun 1951, Qaryagin) — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).

Rövşən Qəmbər

  • Ana Səhifə
  • Vikipediya
  • Rövşən Qəmbər

Rövşən Qəmbər (3 iyun 1951, Qaryagin) — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).

Rövşən Qəmbər
Azərbaycan Ana Torpaq Partiyasının sədri
15 avqust 1992 – 18 noyabr 1995
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1951(1951-06-03) (74 yaş)
Doğum yeri
  • Qaryagin, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Müsavat Partiyası (1995),
  • Azərbaycan Ana Torpaq Partiyası (1992–1995)
Fəaliyyəti siyasətçi

Həyatı

Rövşən Qəmbər 3 iyun 1951-ci ildə Karyagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur.

1968-ci ildə Bakıdakı 62 nömrəli məktəbi əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun kimya texnologiya fakültəsinə daxil olmuşdur.

1970–1974-cü illərdə Almaniyanın Drezden Universitetində kimya fakültəsində ali təhsil almışdır. 1975-ci ilin mayında SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında 3 illik təhsil almaqdan imtina edəndən sonra məcbur olub 1 il Sovet Ordusu sıralarında Ukraynada Ternopol şəhərində hərbi xidmət etmişdir.

1984-cü ildə dissertasiya müdafiə edib. 1986–1988-ci illərdə sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat sahəsində ikinci ali təhsil alıb.

Ayaz Mütəllibovun hakimiyyəti zamanında — 1990-cı ildə Azərbaycan parlamentinə seçkilərdə Qarabağdakı 305 nömrəli seçki dairəsindən namizəd olaraq təxminən 75% səs alsa da, nəticələrin saxtalaşdırılmasına görə parlamentə buraxılmayıb[mənbə göstərilməlidir] .

Rövşən Qəmbər Xocalı soyqırımından təsirlənən ziyalılarla birlikdə 1992-ci ilin mart-avqust aylarında qurulmuş Azərbaycan Ana Torpaq Partiyasının (AATP) sədri olub. AATP 1992-ci ildə tələbə qəbulunun rüşvətsiz keçirilməsi üçün test üsulunun Azərbaycanda tətbiqinin təşəbbüskarlarından biridir.

1992-ci il may ayının 28-də Azərbaycan Ana Torpaq Partiyasında bu təşəbbüs müzakirə edilib və Azərbaycan Parlamentının sədri İsa Qəmbər yanında Problemin əhəmiyyəti və gerçəkləşməsinə qarşı olan "Qəbul Mafiası" tərəfindən gözlənilən təxribatları da nəzərə alaraq Təhsil İslahatları nəticəsində TEST Üsulunun Türkiyədən Azərbaycana gətirilməsinə tətbiq olunmasına qərar verilmişdir.

18 iyul 1992-ci ildə Firudin Cəlilovun rəhbərliyi altında və Azərbaycan Ana Torpaq partiyasının üzvlərinin fəal iştirakıyla təşkil olunan qəbul imtahanlarında ilk dəfə TEST Üsulu tətbiq edilərək təxminən on minlərlə namizəd arasından 2 min gənc Vətəndaşımız yaxşı nəticə göstərərək Türkiyə universitetlərində təhsil almaq hüququ qazanmışlar.

15 noyabr 1992-ci ildə Tələbə Qəbulu Üzrə Dövət Komissiyasının sədri Vurğun Əyyubun rəhbərliyi altında bütün Azərbaycanda eyni zamanda TEST Üsulu 100% ədalətli keçirilməsidir. Keçmiş sovetlər birliyi ölkələrində təsəvvür olunmayan belə bir islahatın Azərbaycanda tətbiq olunması bir illik hökumətin ən böyük uğuru hesab olunur.

18 noyabr 1995-ci ildə keçirilən Müsavat Partiyası qurultayında AATP-nin Müsavata birləşməsi ilə Müsavat Partiyasına qatılmışdır. Hazırda Almaniyada yaşayır.

Hazırda Almaniyada yaşayır.

Həmçinin bax

  • Müsavat Partiyasının başqanı İsa Qəmbərin böyük qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rövşən Qəmbər haqqında məlumat. Rövşən Qəmbər nədir? Rövşən Qəmbər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lepton

  • Fevral 27, 2026

    Vladivostok

  • Fevral 23, 2026

    İslam dini

  • Fevral 26, 2026

    Küp

  • Fevral 27, 2026

    Kanto düzənliyi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst