Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifə

Rza Şahvələd

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Şahvələd

Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist.

Rza Şahvələd
Rza Nəbi oğlu Şahvələd
Doğum tarixi 1909
Doğum yeri Tiflis
Vəfat tarixi 1984 (74–75 yaşında)
Vəfat yeri Bakı Azərbaycan Azərbaycan

Mündəricat

Həyatı və təhsili

Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitirib.

Fəaliyyəti

Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib.

Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.

Ölümü

Rza Şahvələd 1984-cü ildə Bakıda vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rza şahvələd sözünün mənası, rza şahvələd haqqında məlumat. rza şahvələd nədir? rza şahvələd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Moskva çayı

  • Mart 01, 2026

    Pinus amamiana

  • Mart 01, 2026

    Boyko Borisov

  • Fevral 27, 2026

    Jaklin Kennedi

  • Fevral 27, 2026

    Kreml (Moskva)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst