Ruslan Borisoviç Xomçak (ukr. Русла́н Бори́сович Хомча́к; 5 iyun 1967, Rovno) — Ukrayna hərbi xadimi, general-polkovnik, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini, keçmiş Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, 28 mart 2020-ci il tarixinə qədər Baş Qərargah rəisi.
| Ruslan Xomçak | |
|---|---|
| ukr. Руслан Борисович Хомчак | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 iyun 1967 (58 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Ukrayna |
| Qoşun növü | quru qoşunları |
| Xidmət illəri | 2001-ci ildən |
| Rütbəsi |
|
| Döyüşlər | |
| Təltifləri | |
Əvvəllər 21 may 2019-cu il tarixindən etibarən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini Baş Qərargah rəisi vəzifəsi ilə birləşdirmişdir. Prezident Vladimir Zelenskinin 28 mart 2020-ci il tarixli fərmanı ilə Ali Baş Komandan və Baş Qərargah rəisi vəzifələri bölünmüşdür. Həmin gün Zelenski Xomçakı Baş Qərargah rəisi vəzifəsindən azad etmiş və onu Silahlı Qüvvələrin Baş Komandanı, eyni zamanda Sergey Korniyçuku Baş Qərargah rəisi təyin etmişdir.
27 iyul 2021-ci ildə Ruslan Xomçak Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilmiş və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Ailəsi
Xomçak Anna Kovalenko ilə evlidir. Kovalenko vətəndaş fəalı, jurnalist, "Avromeydan"ın fəal iştirakçısı, Ukraynanın üç müdafiə nazirinin keçmiş müşaviri və Ukraynanın informasiya siyasəti naziridir. O, 13 oktyabr 2020-ci ildən 4 avqust 2021-ci ilə qədər Çerniqov Regional Dövlət Administrasiyasının rəhbəri olmuşdur.
2021-ci ilin yanvarında cütlüyün qızı Mariya anadan olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ruslan xomçak sözünün mənası, ruslan xomçak haqqında məlumat. ruslan xomçak nədir? ruslan xomçak nə deməkdir?
