Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984, Sumqayıt – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-

Ruslan Rəcəbov

  • Ana Səhifə
  • Vikipediya
  • Ruslan Rəcəbov

Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984, Sumqayıt – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Ruslan Rəcəbov
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1984
Doğum yeri Sumqayıt, Azərbaycan SSR
Vəfat tarixi 31 oktyabr 2020 (36 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri 2 saylı Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Silahlı Qüvvələrin TTM-i
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Hərbi Dəniz Qüvvələri
Xidmət illəri 2003—2004 / 2006—2020
Rütbəsi
Miçman
Döyüşlər

 • Qarabağ müharibəsi (2020)

    • Cəbrayılın azad edilməsi
    • Hadrutun azad edilməsi
    • Füzulinin azad edilməsi
    • Qubadlının azad edilməsi
    • Qızılqaya əməliyyatı
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 20202020 "Cəbrayılın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Qubadlının azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Tərcümeyi-halı

Ruslan Rəcəb oğlu Rəcəbov 1984-cü il, avqustun 1-də Sumqayıt şəhərində anadan olub.

2001-ci ildə tam orta təhsilini başa vurub.

2003-cü ildə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2003–2004-cü illərdə N saylı hərbi hissədə xidmət edib.

2005-ci ildə hərbi hissənin nəzdində "Gizir hazırlığı kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 7 fevral 2006-cı il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi, Hərbi Dəniz Qüvvələri Komandanının 22 iyun 2008-ci il tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 15 il ərzində radioteleqrafçıların manqa komandiri, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçı, gəmi əməliyyatları dəstəsinin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçısı vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 31-də Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Osman adında oğlu və Sara adına qızı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ruslan Rəcəbov haqqında məlumat. Ruslan Rəcəbov nədir? Ruslan Rəcəbov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cinlər (roman)

  • Fevral 23, 2026

    21 aprel

  • Mart 01, 2026

    Abbas Seyidov

  • Fevral 27, 2026

    Yasin surəsi

  • Fevral 26, 2026

    Kobe

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst