Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi.

Ruslan Lunyov

  • Ana Səhifə
  • Vikipediya
  • Ruslan Lunyov

Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi.

Ruslan Lunyov
Ruslan Lunyov 2016-cı ildə
Ruslan Lunyov 2016-cı ildə
Şəxsi məlumatlar
Tam adı Ruslan Vladimir oğlu Lunyov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 25 iyul 1989(1989-07-25) (36 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Boyu 184 sm.
İdman növü Atıcılıq
Karyera illəri 2006—
Məşqçisi Vladimir Lunyov
Medallar
Dünya Çempionatı
Gümüş 2022 Qahirə25 m. tapança
Avropa Çempionatı
Qızıl 2019 Bolonya25 m. tapança
Gümüş 2023 Tallin10 m. hava tapançası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.

2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil etdi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı.

Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış etdi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış etdi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu. Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış etdi.

Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.

Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyanın Bolonya şəhərində baş tutan Avropa Çempionatında 25 metr məsafəyə tapançadan atəşaçma turnirində gümüş medalın sahibi oldu. Həmin turnirin nəticələrinə əsasən o, həm də olimpiya lisenziyasına sahib oldu. Həmçinin Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Ruslan Lunyova əlavə bir olimpiya lisenziyası da verildi.

Ruslan Lunyov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. İyulun 24-də Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı. Nəticədə o, təsnifat mərhələsini 574 balla 36 idmançı sırasında 20-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı. Avqustun 1-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı. Ruslan Lunyov təsnifat mərhələsinin birinci turunda 282 balla 22-ci, növbəti turunda isə 286 balla 21-ci pillədə qərarlaşdı. Nəticədə o, təsnifat mərhələsini 568 balla 26 idmançı sırasında 21-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.

Ruslan Lunyov 2022-ci il ərzində ISSF Qran-Pri beynəlxalq turnirlərinin Xorvatiya mərhələsində gümüş, Bolqarıstan və İspaniya mərhələlərində isə qızıl medallara sahib oldu. Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatında isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirini gümüş medalla başa vurdu.

Daha sonra Ruslan Lunyov 2023-cü ilin martında Estoniyanın Tallin şəhərində baş tutan Avropa Çempionatında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində qızıl medalın sahibi oldu. Bununla da o, həm də olimpiya lisenziyaya sahib oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ruslan lunyov sözünün mənası, ruslan lunyov haqqında məlumat. ruslan lunyov nədir? ruslan lunyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Windows 3.1x

  • Fevral 27, 2026

    Roşaşana

  • Fevral 27, 2026

    Maysur əmirliyi

  • Fevral 27, 2026

    S:Müəllif:Frensis Bekon

  • Mart 06, 2026

    Tomas Neş

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst