Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ruha döyüşü — 1480-ci ildə Ruha şəhərini işğal etmək üçün Ağqoyunlular üzərinə hücuma keçən Məmlük ordusu və Ağqoyunlu ordusu arasında baş vermiş döyüşdür. Döyü

Ruha döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Ruha döyüşü

Ruha döyüşü — 1480-ci ildə Ruha şəhərini işğal etmək üçün Ağqoyunlular üzərinə hücuma keçən Məmlük ordusu və Ağqoyunlu ordusu arasında baş vermiş döyüşdür. Döyüşdə Məmlük ordusu ağır məğlubiyyətə uğradıldı.

Ağqoyunlu-Məmlük müharibələri
Ağqoyunlu-Məmlük müharibələri
Tarix Avqust, 1480
Yeri Ruha
Səbəbi Məmlük sultanı Qayıtbəyin Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 40 minlik ordunu Urfanı tutmaq üçün göndərməsi.
Nəticəsi Ağqoyunluların qələbəsi
Ərazi dəyişikliyi Şanlıurfa
Münaqişə tərəfləri

Ağqoyunlular

Məmlüklər

Komandan(lar)

Sultan Yaqub
Süleyman bəy
Bayandur bəy
Xəlil bəy

Sultan Qayıtbəy
Əmir Yaşbək əsir→edam
Qansu Yəhyavi əsir
Özdəmir əsir

Tərəflərin qüvvəsi

30.000

40.000

    Mündəricat

    Tarixi

    Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 40 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1480-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Qala komandanı Əmirzadə Qütbəddin Bektaş qalanın müdafiə etməyə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi.

    Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi. Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər. Döyüşün sonunda Məmlük qüvvələri ağır məğlubiyyətə uğradılaraq, darmadağın edildilər. Əmir Yaşbək, Qansu Yəhyəvi və Özdəmir əsir alındılar, məşvərət keçirildikdən sonra Əmir Yaşbək edam edildi. Əmir Yaşbəyin başı Sultan Yaquba göndərildi. Məmlük dövləti bu döyüşdən sonra ağır zərbə aldı və böyük sərkərdələrinin itirərək sarsıldı.

    Qeydlər

    1. İndi Türkiyə ərazisindəki Urfa şəhəri.

    Ədəbiyyat

    • Nəcəfli T.H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. — 198 s.
    • V. Minorsky, Persia in A.D. 1478–1490 An abridge translation of Fadlullah b. Ruzbihan Khunji’s Tarikh-ı ‘Alam-Ârâ-yı Aminî, London, 1957.
    • J. E. Woods. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. Çev. Sibel Özbudun, Milliyet yay., İstanbul, 1993.
    • Faruk Sümer, "Çukurova Tarihine Dair Araştırmalar", Tarih Araştırmaları Dergisi, C. I, Ankara, 1965
    • İbn İlyâs, Muhammed bin Ahmed, Bedâyiü’z -Zuhûr fî Vekâyi‘i’d-Duhûr, Tahkik: Muhammed Mustafa, Kahire, 1982.
    • Faruk Sümer,"Akkoyunlular", Diyanet Islam Araştırmaları, C. II, İstanbul, 1989
    • İsmail Hakkı Uzunçarşılı, Anadolu Beylikleri ve Akkoyunlu ve Karakoyunlu Devletleri, 4-cü Baskı,Ankara, 1988.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ruha döyüşü sözünün mənası, ruha döyüşü haqqında məlumat. ruha döyüşü nədir? ruha döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Qeyd

    • Fevral 27, 2026

      Vezul

    • Fevral 21, 2026

      Kanada

    • Mart 01, 2026

      Seymur Talıbov

    • Mart 06, 2026

      Qrinviç rəsədxanası

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Mart 04, 2026

      Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst