Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rudolf Kristof Eyken (alm. Rudolf Christoph Eucken‎; 5 yanvar 1846[…], Aurix[d], Aşağı Saksoniya – 15 sentyabr 1926[…], Yena, Türingiya[d]) — alman yazıçısı və

Rudolf Eyken

  • Ana Səhifə
  • Vikipediya
  • Rudolf Eyken

Rudolf Kristof Eyken (alm. Rudolf Christoph Eucken‎; 5 yanvar 1846[…], Aurix[d], Aşağı Saksoniya – 15 sentyabr 1926[…], Yena, Türingiya[d]) — alman yazıçısı və alman idealist filosofu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1908).

Rudolf Eyken
alm. Rudolf Eucken‎
Doğum adı Rudolf Christoph Eucken
Doğum tarixi 5 yanvar 1846(1846-01-05)[…]
Doğum yeri
  • Aurix[d], Aşağı Saksoniya, Almaniya Federativ Respublikası
Vəfat tarixi 15 sentyabr 1926(1926-09-15)[…] (80 yaşında)
Vəfat yeri
  • Yena, Türingiya[d], Almaniya Reyxi[d]
Uşağı
  • Valter Oyken
Təhsili
  • Göttingen Universiteti,
  • Humboldt adına Berlin Universiteti
Fəaliyyəti filosof, yazıçı, universitet müəllimi[d], nasir
Əsərlərinin dili alman dili
İstiqamət Qitə fəlsəfəsi, Alman klassik fəlsəfəsi
Üzvlüyü
  • İsveç Kral Elmlər Akademiyası,
  • Dei Linçei Akademiyası (1913)
Mükafatları ədəbiyyat üzrə Nobel mükafatı — 1908
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rudolf Kristof Eyken Teodor Mommzendən sonra ədəbiyyat sahəsində Nobel mükafatı alan ikinci alman filosofudur. O, alman-Niderland sərhəddində poçt işçisi ailəsində doğulmuşdu. Erkən yaşlarında atasını və qardaşını itirmiş, özü ağır xəstəliklər keçirmişdi. Yalnız dindar və ziyalı qadın olan anasının sayəsində çətinlikləri dəf edərək mükəmməl təhsil almışdı.

Aurix gimnaziyasında oxuyarkən Eyken daha çox riyaziyyat və musiqi ilə maraqlanırdı. Lakin din müəllimi Vilhelm Reyterin təsiri ilə teologiya və fəlsəfəni dərindən öyrənməyə başlamışdı. Gettingen, sonra isə Berlin universitetində fəlsəfə təhsili almış, dövrün məşhur alman filosoflarının mühazirələrini dinləmişdi.

Gettingen universitetini fəlsəfə doktoru dərəcəsi ilə bitirən Rudolf Eyken bir müddət gimnaziya müəllimi olmuşdu. 1871-ci ildə İsveçrənin Bazel universitetində mühazirələr oxumuşdu. 1874-cü ildə isə Almaniyanın İena universitetinə dəvət edilmişdi və təqaüdə getdiyi 1920-ci ilə qədər burada çalışmışdı.

Rudolf Eykenin ilk elmi əsəri "Aristotel tədqiqatlarının metodu" (1877) adlanırdı. Kiçik həcmli bu kitab Bazeldə nəşr edilmişdi. 1878-ci ildə İendə çap olunan "Müasir fəlsəfi fikrin fundamental anlayışları" traktatı müxtəlif fəlsəfi anlayışların tarixi köklərini araşdırırdı. Aradan otuz il keçəndən sonra Eyken həmin əsəri yenidən, bu dəfə "Müasir fəlsəfi fikrin əsas istiqamətləri" adı ilə nəşr etdirmişdi. Yeni nəşrdə o, yalnız təfsirçi kimi çıxış etmir, fəlsəfənin tarixi inkişafını öz orijinal fikir və ideyaları ilə əlaqələndirməyə çalışırdı.

1890-cı ildə işıq üzü görən və həmin dövrdə çox populyar olan "İnsan həyatının problemləri böyük mütəfəkkirlərin gözü ilə" kitabı fəlsəfə tarixçiliyi istiqamətində Eykenin son əsəri idi. Bundan sonra çap etdirdiyi "Mənəvi həyat uğrunda mübarizə" (1896), "Dinin həqiqətləri" (1901), "Yeni dünya anlayışının əsas xüsusiyyətləri" (1907) kimi traktatlarında alman filosofu özünün idealist dini və etik baxışlar sisteminin əsaslarını işləyib hazırlamışdı.

Alimin fikrincə, əbədiyaşar mənəvi sərvətlər gündəlik həyatın fövqündədir, insan ilk növbədə dini və əxlaqi baxımdan təkmilləşməyə çalışmalıdır, mənəviyyat hər şeydən üstündür. Ümumiyyətlə, insan həyatının mənası, insan mövcudluğunun mahiyyəti Eykenin fəlsəfi axtarışlarında mühüm yer tuturdu. O, "Həyatın əsasları və həyat idealı" (1907), "Həyatın mənası və dəyəri" (1908) kimi etik-fəlsəfi traktatlarında bəşər mövcudluğunun mahiyyətini araşdırmağa səy göstərmişdi.

Rudolf Eykenin Almaniyanın Aurix şəhərindəki qəbri

1908-ci ildə Rudolf Eyken "ciddi həqiqət axtarışlarına, fikrinin hər şeyə nüfuz edən qüdrətinə, əsərlərinin geniş əhatə dairəsinə, öz idealist fəlsəfəsinin əsaslandırılması və inkişafı zamanı nümayiş etdirdiyi mütəhərriklik və inandırıcılığa görə”" Nobelə layiq görüldü. Ədəbiyyat mükafatının heç bir bədii əsər müəllifi olmayan, yalnız fəlsəfənin problemləri ilə bağlı traktatlar yazan akademik elm adamına verilməsi müəyyən çaşqınlıq, hətta narazılıq yaratmışdı.

Təqdimat mərasimində İsveç Akademiyasının üzvü Harald Nerpe bu məsələyə aydınlıq gətirməyə çalışaraq mükafat təsisçisinin – Alfred Nobelin nüfuzuna və iradəsinə istinad etmişdi. Nerpenin fikrincə, "idealist istiqamətli ən görkəmli əsərlərin" mükafatlandırılmasını məsləhət görən Nobel yaşasaydı, Akademiyanın bu qərarını şəksiz dəstəkləyənlər sırasında olardı.

Rudolf Eyken "Naturalizm, yaxud idealizm" adlandırdığı Nobel mühazirəsini İsveç Akademiyasındakı təqdimat mərasimindən bir il sonra, növbəti laureatların mükafatlandırılması mərasimində oxumuşdu.

1911-ci ildə o, İngiltərə universitetlərində silsilə mühazirələrlə çıxış etmiş, 1912-ci ildə isə amerikalı həmkarlarının dəvəti ilə altı ay Harvard universitetində çalışmışdı. ABŞ-də qaldığı müddət ərzində alman filosofu Deyl Karneqi və Teodor Ruzveltlə tanış olmuşdu. ABŞ-dən sonra Eyken orijinal fəlsəfi təlimlərin vətəni kimi tanınan Çin və Yaponiyaya səfər etmək istəyirdi. Lakin Birinci Dünya müharibəsinin başlanması bu niyyəti həyata keçirməyə imkan verməmişdi.

Alman filosofunun sonuncu əsəri 1920-ci ildə çap olunan "Sosializm. Təhlillər" kitabı idi. Rusiyada bolşevik inqilabının qələbəsindən, dünyanın faktiki iki cəbhəyə bölünməsindən sonra yazılan kitabda Eykenin sosializmə kəskin, hətta barışmaz tənqidi münasibəti əks olunmuşdu. Alimin fikrincə, sosializm insanın mənəvi və mədəni həyatını çərçivəyə salır, əxlaqi dəyərləri öz təbliğatına uyğunlaşdıraraq bayağılaşdırır, deformasiyaya uğradır.

Rudolf Eyken fəlsəfi məktəb yarada bilməsə də, sağlığında onun kifayət qədər ardıcılları və davamçıları olmuşdu.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rudolf eyken sözünün mənası, rudolf eyken haqqında məlumat. rudolf eyken nədir? rudolf eyken nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Burana qülləsi

  • Fevral 27, 2026

    W

  • Fevral 27, 2026

    Old Trafford

  • Mart 06, 2026

    Kali

  • Fevral 24, 2026

    Mets

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst