Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İndi mövcud olan hüquq normaları birdən-birə yaradılmamışdır. Bu çox uzun sürən bir prosesin məhsuludur. Hüquq normaları səhvlər, təcrübələr və sınaqlar nəticəs

Roma hüququ

  • Ana Səhifə
  • Vikipediya
  • Roma hüququ

Roma hüququ — Qədim Roma hüquqları toplusudur.

Ümumi anlayış

İndi mövcud olan hüquq normaları birdən-birə yaradılmamışdır. Bu çox uzun sürən bir prosesin məhsuludur. Hüquq normaları səhvlər, təcrübələr və sınaqlar nəticəsində formalaşmış və təkmilləşmişdir. Tarixən belə gətirmişdir ki, indiki müasir hüquq normalarının əsası qədim "Roma hüququ"ndan götürülmüşdür.

Müasir dövrdə hər bir ölkənin öz hüquq sistemi mövcuddur. Bu hüquq sisteminin əsas normaları bütün ölkələrdə oxşardır. Fəaliyyətdə olan bu hüquq normalarına yerli adət-ənənələr və cəmiyyət münasibəti normaları da daxil edilir.

"Roma hüququ"nda əsasən, quldarların və varlıların hüquqları daha çox qorunurdu. Buna görə də "Roma hüququ" həm də "Sinfi hüquq" adlandırılırdı. Və iki növə ayrılırdı: I – "İctimai hüquq", II – "Şəxsi (Fərdi) hüquq" adlanırdı.

İctimai hüquq – cəmiyyətdə baş verən prosesləri nizamlayırdı. Bundan başqa, bu hüquq həm də, ölkədə baş verən bütün prosesləri tənzimləyirdi. Bu hüquq müasir cinayət hüququ ilə "doğmalıq" təşkil edir. Bundan əlavə, İctimai hüquq da daxili – siyasi prinsiplər və xarici – iqtisadi əlaqələr qaydaları da əks olunurdu.

"Roma hüququ"nun "Şəxsi (Fərdi) hüquq"lar bəşər tarixində daha dərin iz buraxmışdır. Qanunvericiliyin bu növü müasir "vətəndaş hüququ" ilə "doğmalıq" təşkil edir. "Roma şəxsi hüquq" normaları təsərrüfat, ticarət və vətəndaşların hüquq munasibətlərini tənzimləyirdi. Əsas diqqət vətəndaşların hüquq munasibətlərinə yönəldilmişdir. Burada əsasən, vətəndaşlar arasında bağlanan müqavilələrin hazırlanması sistemi daha çox təqdirə layiqdir. Qeyd etmək lazımdır ki, o zamanlar bəzi müqavilələr şifahi, bəziləri isə yazılı yerinə yetirilirdi.

"Roma şəxsi (fərdi) hüquq"unda şəxsi mülkiyyətin qorunmasına daha çox yer verilirdi. "Roma hüququ" şəxsi mülkiyyətin və şəxsi mülkiyyətə təcavüzün nə demək olduğunu dəqiqliyi ilə izah edirdi. ("Roma hüququ"nda şəxsi mülkiyyətə qərəzli təcavüzə görə ölüm cəzası nəzərdə tutulurdu.)

Sinfi varlıq "Roma hüququ"nda belə izah olunurdu: "Qullar — quldarlara məxsus satıla, dəyişdirilə bilən bir əşyadır", "qullar – hüquqi subyekt hesab edilmir."

"Roma hüququ"nda qullar, kasıblar əşyaya bərabər tutulmuş və qeyri – hüquqi subyekt hesab edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, roma hüququ sözünün mənası, roma hüququ haqqında məlumat. roma hüququ nədir? roma hüququ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Vladimir Pozner

  • Mart 01, 2026

    133 (ədəd)

  • Mart 06, 2026

    Everson (Vaşinqton)

  • Mart 06, 2026

    I Bakur

  • Mart 06, 2026

    Darbaz

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst