Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti.

Roma Dakiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Roma Dakiyası

Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti.

Romanın Dakiya əyaləti

Mündəricat

Tarixi

Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi.

Quruluşu

Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi. 180-ci ildə imperator Kommod Markoman müharibələri (166–180) nəticəsində boşalmış əyalətdə azad dakları məskunlaşdırdı. Severlərdən sonra (235-ci ildən sonra) əyalət daima barbarların hücumlarına məruz qalırdı. Avrelianın dövründə romalılar əyaləti tərk etdilər (271/272). Eyni zamanda əyalətin sakinləri Dunayı keçərək digər əyalətlərdən alınmış ərazilərdə yaradılan Sahilyanı Dakiya (Ripensis) və Daxili Dakiya (Mediter ranea) əyalətlərində məskunlaşdılar.

Romalıların tərk etdikləri əraziyə qonşu barbar xalqları köçdü. II-III əsrlər Roma Dakiyası əhalisi ilə Roma əyalətinin təxliyəsindən sonra Rumıniya ərazisində məskunlaşmış xalqlar arasında varislik məsələsi alimlər tərəfindən müxtəlif formada şərh edilir.

Həmçinin bax

  • Roma İmperiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Roma Dakiyası haqqında məlumat. Roma Dakiyası nədir? Roma Dakiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Edvard atlanqaçı

  • Fevral 27, 2026

    Polikarp Mdivani

  • Fevral 26, 2026

    Baton-Ruj

  • Fevral 28, 2026

    Təkə yarımadası

  • Fevral 26, 2026

    Ayətullah Xomeyni

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst