Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Prosineçki (xorv. Robert Prosinečki; 12 yanvar 1969[…]) — yarımmüdafiəçi mövqeyində oynamış Yuqoslaviya və Xorvatiya futbolçusu və məşqçi. Yuqoslaviya və

Robert Prosineçki

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Prosineçki

Robert Prosineçki (xorv. Robert Prosinečki; 12 yanvar 1969[…]) — yarımmüdafiəçi mövqeyində oynamış Yuqoslaviya və Xorvatiya futbolçusu və məşqçi. Yuqoslaviya və Xorvatiya milli futbol komandalarında çıxış edib. 2014-cü ilin dekabr ayında Azərbaycan yığmasının baş məşqçisi təyin olunmuşdur. Burada 3 il işlədikdən sonra, o, Azərbaycan Futbol Federasiyası ilə müqaviləsini uzatmadı.

Robert Prosineçki
xorv. Robert Prosinečki
Ümumi məlumatlar
Doğum tarixi 12 yanvar 1969(1969-01-12)[…] (57 yaş)
Vətəndaşlığı Yuqoslaviya Yuqoslaviya
Xorvatiya Xorvatiya
Boyu 1.82 m
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Bosniya və Herseqovina Bosniya və Herseqovina
Karyerası
Klub karyerası
1986—1987 Yuqoslaviya Dinamo Zaqreb 2 (1)
1987—1991 Yuqoslaviya Srvena Zvezda 117 (24)
1991—1994 İspaniya Real Madrid 55 (10)
1994—1995 İspaniya Real Ovyedo 30 (5)
1995—1996 İspaniya Barselona 19 (2)
1996—1997 İspaniya Sevilya 20 (4)
1997—2000 Xorvatiya Dinamo Zaqreb 20 (14)
2000—2001 Xorvatiya Hravtski Draqovolyats 4 (1)
2001 Belçika Standard Lyej 20 (4)
2001—2002 İngiltərə Portsmut 33 (9)
2002—2003 Sloveniya Olimpiya Lyublyana 23 (3)
2003—2004 Xorvatiya Dinamo Zaqreb 26 (5)
1986—2004 Cəmi 400 (82)
Milli yığma
1987 Yuqoslaviya Yuqoslaviya U-20 5 (1)
1989—1991 Yuqoslaviya Yuqoslaviya 15 (4)
1991—2002 Xorvatiya Xorvatiya 49 (10)
Məşqçisi olduğu klublar
2006—2010 Xorvatiya Xorvatiya məşqçi
2010—2012 Serbiya Srvena Zvezda
2012—2013 Türkiyə Kayserispor
2014—2017 Azərbaycan Azərbaycan
2018—2019 Bosniya və Herseqovina Bosniya və Herseqovina
2019—2020 Türkiyə Kayserispor
2020 Türkiyə Denizlispor
Təltif və medalları
Dünya Çempionatı
Gümüş İtaliya 1990

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Klub karyerası

Prosineçki Almaniya Federativ Respublikasında əslən Yuqoslaviyadan olan ailədə anadan olmuşdur, amma uşağ ikən doğma vətəninə geri dönmüşdür. Karyerasını Dinamo Zaqrebdə başlamışdı. Sonra isə Srvena Zvezda komandasına keçmişdi və ən böyük uğurlarını bu komanda ilə qazanmışdır. O, bir dəfə 1991-ci ilin Çempion Klublar Kubokunu, 3 dəfə Yuqoslaviya çempionluğunu (1988,1990,1991) və bir dəfə də ölkə kubokunu qazanmışdır.

Həmçinin o müxtəlif illərdə "Real Madrid", "Real Oviedo", "Barselona", "Sevilya", "Hravtski Draqovolyats", "Standard Lyej", "Portsmut", "Olimpiya Lyublyana" və "Zaqreb" klublarında çıxış etmişdir.

Futbolçu karyerasını 2004-cu ildə bitirmişdi.

Milli komanda karyerası

Prosineçki Yuqoslaviya millisinin heyətində 15 oyuna 4 qol vurmuşdu. Həm də o, Xorvatiya millisində 49 oyun keçirtmişdir və 10 qol vurmuşdur. 1987-ci ildə Yuqoslaviya millisinin heyətində Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatının qalibi olmuş və turnirin ən yaxşı oyunçusu seçilmişdi.

1990-cı ilin dünya çempionatının iştirakçısı olan Robert bu turnirdə 3 oyun keçirtmişdi və BƏƏ millisi ilə oyunda 1 qol vurmuşdu. 10 iyun "San Siro" stadionunda keçirilən Mundialın qrup mərhələsinin ilk oyunu Almaniya millisinə qarşı olmuşdur, Prosineçki həmən oyunda 35 dəqiqə oynamışdlr. BƏƏ-nin millisinə qarşı ikinci oyununda 15 dəqiqə oynadı və 90-cı dəqiqədə qol vura bildi. . 1/4 finalda rəqib Argentina millisi idi, meydanda 120 dəqiqə keçirən Prosineçki oyunsonrası penaltini müvəfəqiyyətlə yerinə yetirmişdir.

1996-cı il Avropa çempionatında Prosineçki 224 dəqiqə oynayaraq 3 oyun keçirtdi və 1 sarı vərəqə qazandı. Xorvatiya yığması qrup mərhələsinin ilk matçında Türkiyə yığması ilə görüşdü, Prosineçki 90 dəqiqə oynamışdır. İkinci matçda Xorvatiya yığması Danimarka millisi ilə qarşılaşmışdır, Prosineçki 88 dəqiqə oynadı və 1 sarı vərəqə qazandı. Üçüncü oyun Portuqaliya yığmasına qarşı olmuşdur, Prosineçki o oyunda 46 dəqiqə oynadı.

1998-cı il dünya çempionatında Prosineçki meydanda 304 dəqiqə keçirərək 5 oyunda iştirak etdi və 2 qol vura bildi. Qrup mərhələsinin ilk oyununda Yamayka yığmasına qarşı oynayan Prosineçki meydanda 90 dəqiqə keçirdi və 53-cü dəqiqədə qol vurdu. İkinci görüşdə Yaponiya yığmasına qarşı oynadı, meydanda 65 dəqiqə keçirtdi. Argentina millisinə qarşı üçüncü oyunda, meydanda 68 dəqiqə ola bildi. Prosineçki 1/2 finalda Fransa yığmasına qarşı oynadı, meydançada 3 dəqiqə keçirtdi. 3-cü yer uğrunda Hollandiya yığmasına qarşı qarşılaşmada meydanda 78 dəqiqə keçirərək 13-cü dəqiqədə qol vurdu. Bununla da, Dünya Çempionatlarında iki müxtəlif milli komandalarda (Xorvatiya və Yuqoslaviya) qol vurmağı bacaran ilk və yeganə oyunçu oldu.

2002-cı il dünya çempionatında Robert Prosineçki Meksika yığmasına qarşı 1 oyunda iştirak etdi və 45 dəqiqə oynadı.

Xorvatiya millisi ilə o 1996-cı ilin Avropa çempionatında, 1998 və 2002-ci ilin Dünya Çempionatlarında iştirak etmişdi. 1998-ci ildə Dünya Çempionatının bürünc medalını qazanmışdır.

Məşqçilik karyerası

2006-cı ildən 2010-cu ilə qədər Xorvatiya millisinin məşqçilər qərargahında işləyirdi. 2010-cu ildə o, "Srvena Zvezda"nın baş məşqçi postuna təyin olundu. 2014-cü ilin 3 dekabrında isə o, Azərbaycan milli futbol komandasının baş məşqçisi postunu aldı. Burada 3 illik fəaliyyətindən sonra 2017-ci ildə postunu tərk etdi.

2025-ci il dekabr ayından Qırğızıstan milli komandasının baş məşqçisidir.

Uğurları

Komanda şəkilində

Srvena Zvezda

  • Yuqoslaviya çempionu: 1987/88, 1989/90, 1990/91
  • Yuqoslaviya ölkə kubokunun sahibi: 1989/90
  • Çempion Klublar Kubokunun sahibi:1990-91

Real Madrid

  • İspaniya Kral Kubokunun sahibi: 1992/93
  • İspaniya Superkubokunun sahibi: 1993

Dinamo Zaqreb

  • Xorvatiya çempionu: 1997/98, 1998/99, 1999/00
  • Xorvatiya kubokunun sahibi: 1997/98
  • Xorvatiya Superkubokunun sahibi: 1998

Olimpiya Lyublyana

  • Sloveniya kubokunun sahibi: 2001/02

Yuqoslaviya milli futbol komandası

  • U-20 dünya çempionatını qalibi: 1987
  • Gənclər komandaları arasında 1990 Avropa Çempionatının gümüş mükafatçısı

Şəxsi

  • U-20 Dünya Çempionatının ən yaxşı oyunçusu: 1987
  • Dünya Çempionatının ən yaxşı gənc oyunçusu: 1990
  • Yuqoslaviyada ilin futbolçusu: 1990
  • Bravo mükafatının sahibi: 1991
  • Xorvatiyada ilin futbolçusu: 1990,1997

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, robert prosineçki sözünün mənası, robert prosineçki haqqında məlumat. robert prosineçki nədir? robert prosineçki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbdülxaliq Renda

  • Fevral 27, 2026

    Hökməli

  • Fevral 24, 2026

    Qasımkənd (Rusiya)

  • Mart 04, 2026

    MPEG

  • Fevral 27, 2026

    Eyzenhauer matrisi

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst