Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı.

Roald Amundsen

  • Ana Səhifə
  • Vikipediya
  • Roald Amundsen

Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı.

Rual Amundsen
Rual Engelbreqt Qravninq Amundsen
Doğum tarixi 16 iyul 1872
Doğum yeri Fredrikstad, Norveç
Yoxa çıxıb
  • 18 iyun 1928
Vəfat tarixi 18 iyun 1928 (55 yaşında)
Vəfat yeri Artika
Vəfat səbəbi Təyyarə qəzası
Dəfn yeri
  • Barens dənizi
Vətəndaşlığı Norveç Norveç
Atası Yens Amundsen
Milliyyəti norveçli
Fəaliyyəti Səyyah
Mükafatları Polar Medal Commanders Grand Cross of the Order of the Polar Star — 1912 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi Medal for Outstanding Civic Service — 1925 "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 1906 Knight of the Order of Leopold Medal of Merit in Gold with Crown Grand Cross of the Order of Franz Joseph — 1907 Medal for Aeronautical Valour
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı.

Mündəricat

Həyatı

Rual Amundsen (1875)

Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.

Səyahətləri

Mühəndis diplomu alan kimi Amundsen ilk müstəqil ekspedisiyaya hazırlaşmağa başlayır. O, qərara alır ki, Şimali Amerika sahilləri boyunca hərəkət edərək Atlantik okeanından Sakit okeana şimal-qərbdən dəniz yolu tapsın.

Amundsenin ilk ekspedisiyasında az adam iştirak edirdi, onların xərci də bir o qədər çıxmamışdı. Buna baxmayaraq, Amundsen borc içində idi. Onun yelkənli gəmisi "Yoa" az qala müsadirə olunacaqdı. Odur ki, gənc səyyah çox təhlükəli bir qərar qəbul edir: o, altı dostu ilə birlikdə yağışlı qaranlıq bir gecədə öz gəmisinə minir və açıq dənizə çıxır. Onlar Qrenlandiyaya tərəf üzürlər. 1903-cü ildə başlayan bu ekspedisiya üç il çəkir. Bütün çətinliklərə baxmayaraq, səyahətçilər 1906-cı ildə sağ-salamat Kaliforniya sahillərinə yan aldılar. Onlar külli miqdarda məlumat toplamış, hətta maqnit qütbünün dəqiq yerini müəyyən etmişdilər. 400 il müddətində heç bir tədqiqatcı buna nail olmamışdı.

1911-ci il dekabrın 14-ü Amundsen dünyada ilk dəfə olaraq Cənub qütbünə çatdı.

12 may 1926-cı ildə "Norveç" dirijablında ilk dəfə Şimal qütbü üzərindən uçaraq Arktikanın hava yollarını tədqiq etdi.

Ölümü

18 iyun 1928-ci ildə Rual Amundsen, italyan səyyahı Umberto Nobileni xilas etmək üçün təşkil edilmiş xilasetmə əməliyyatı üçün təyyarə ilə Arktikaya yollanır. 23 may 1928-ci ildə Nobile "İtaliya" dirijablı ilə Şpitsbergen adasından yola çıxaraq Şimal qütbünə çatsa da, qayıdış yolunda ağır hava şəraiti səbəbindən güclü buzlanmaya məruz qalan dirijabl aşağı enərək buzun üzərinə düşmüşdü. Ekspedisiyanın köməyinə Sovet buzqıran gəmisi "Krasin", İsveç, İtaliya və Norveç təyyarələri göndərilmişdi.

Amundsendən başqa daha 5 nəfəri daşıyan "Latham 47" hidroplanı pis hava şəraitində Barens dənizi üzərində qəzaya uğrayır. Çoxsaylı axtarışlara baxmayaraq təyyarənin düşdüyü yeri müəyyənləşdirmək mümkün olmamışdır. Bu hadisədən 5 gün sonra Umberto Nobile xilas edilir.

Həmçinin bax

  • Amundsenin Cənub qütbünə ekspedisiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Roald Amundsen haqqında məlumat. Roald Amundsen nədir? Roald Amundsen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    650-ci illər

  • Fevral 28, 2026

    Əməkdaşlıq

  • Fevral 28, 2026

    Jan Mare

  • Fevral 27, 2026

    İsgəndəriyyə mayakı

  • Mart 01, 2026

    Horn burnu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst