Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. T

Rino Harniş

  • Ana Səhifə
  • Vikipediya
  • Rino Harniş

Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006).

Rino Harniş
Şəxsi məlumatlar
Doğum tarixi 1949(1949) (76–77 yaş)
Təhsili
  • San-Dieqo Ştat Universiteti
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib.

1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub.

Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb. 1992–1995-ci illərdə ABŞ Dövlət Departamentində ABŞ-nin Mərkəzi Asiya və MDB ölkələri ilə əməkdaşlıq məsələləri üzrə məsul şəxslərdən olub. Daha sonra ABŞ-nin İsveçdəki və Misirdəki səfirliklərində səfir müavini vəzifələrində işləyib.

Bundan sonra R. Harniş ABŞ-nin Kosovadakı missiyasına rəhbərlik edib. 2003–2006-cı illərdə ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. 2006-cı ildən ABŞ dövlət katibi köməkçisinin baş müavini vəzifəsində çalışır. Bu postda o, quş qripi xəstəliyinə və qlobal istiləşməyə qarşı mübarizə, habelə kosmosun tədqiq olunması ilə məşğuldur.

Alman, italyan, isveç dillərini mükəmməl, ərəb dilini qismən bilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rino harniş sözünün mənası, rino harniş haqqında məlumat. rino harniş nədir? rino harniş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mulat

  • Fevral 27, 2026

    Çjuanlar

  • Mart 06, 2026

    I Sarduri

  • Fevral 27, 2026

    Dalay-lama

  • Fevral 27, 2026

    Trifolium aureum

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst