Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Riad Əhmədov (20 dekabr 1956, Bakı – 26 yanvar 1992, Daşaltı, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Riad Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Riad Əhmədov

Riad Əhmədov (20 dekabr 1956, Bakı – 26 yanvar 1992, Daşaltı, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Riad Əhmədov
Riad Fikrət oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 20 dekabr 1956(1956-12-20)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 yanvar 1992(1992-01-26) (35 yaşında)
Vəfat yeri
  • Daşaltı, Şuşa rayonu, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Dəfn tarixi 30 sentyabr 2023
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Həyat yoldaşı Elmira Mahmudova
Atası Fikrət Əhmədov
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi,
  • Daşaltı əməliyyatı
Təltifləri "Qızıl ulduz" medalı — 19921992
"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

Mündəricat

Həyatı

Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.

Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

İtkin düşməsi

Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşür. Uzun illər yeri müəyyən olunmamışdı. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanmışdır.

30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunmuşdur. Daha sonra İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Ailəsi

Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub.

Riad Əhmədov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış Fikrət Əhmədovun oğludur. Bacısı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovadır. Riad Əhmədovun həyat yoldaşı Elmira xanım isə Azərbaycan Respublikasının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacısıdır.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • (7 iyun 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

Xatirəsi

Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

Filmlər

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli filmi çəkilmişdir.

2013-cü ildə xatirəsinə həsr olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbirin sonunda "Qayıt, Riad" bədii-sənədli filmi nümayiş olunmuşdur.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 71–72.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Riad Əhmədov haqqında məlumat. Riad Əhmədov nədir? Riad Əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbülfəth Musa

  • Mart 01, 2026

    Anaksarx

  • Mart 01, 2026

    Qolgi metodu

  • Fevral 27, 2026

    Sergey Krikalyov

  • Fevral 24, 2026

    I Eduard

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst