Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Reyxenbax və ya Rayxenbax şəlaləsi (alm. Reichenbachfälle‎) — İsveçrənin Mayringen kommunasının yaxınlığında, Reyxenbax dərəsinin aşağı hissəsində, Aar çayının

Reyxenbax şəlaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Reyxenbax şəlaləsi

Reyxenbax və ya Rayxenbax şəlaləsi (alm. Reichenbachfälle‎) — İsveçrənin Mayringen kommunasının yaxınlığında, Reyxenbax dərəsinin aşağı hissəsində, Aar çayının qolu Reyxenbax üzərində yerləşən şəlalə. Hündürlüyü təxminən 250 metrdir. Alp dağlarında yerləşən ən məşhur şəlalələrdən biridir. Şəlaləyə Reyxenbax funikulyorunun köməyilə yetişmək mümkündür.

Reyxenbax şəlaləsi
alm. Reichenbachfälle‎
Ümumi məlumatlar
Hündürlüyü 250 m
Su sərfi 3–5 m³/s
Çaylar Aar, Reyxenbax
Yerləşməsi
46°42′49″ şm. e. 8°10′57″ ş. u.HGYO
Ölkə  İsveçrə
Region
  • Bern
Şəhər
  • Mayringen
Reyxenbax şəlaləsi xəritədə
Reyxenbax şəlaləsi
Reyxenbax şəlaləsi
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Məşhurluğu

Şəlalə bir neçə səbəbdən məşhurdur. Öz gözəlliyi və ölçülərindən başqa, o həm də beze şirniyyatının vətəni sayılan Mayringen yaxınlığında yerləşir.

Şəlalənin məşhurluğunun digər səbəbi Şerlok Holmsdur. Artur Konan Doyl XIX əsrin sonunda şəlalənin yanında olarkən onun gözəlliyinə məftun olmuşdu. Daha sonra, o, belə qərara gəlir ki, Şerlok Holms məhz “bu dəhşətli yerdə” həlak olmalıdır. “Sonuncu iş” hekayəsində 04 may 1891-ci ildə Professor Moriarti ilə mübarizə aparan Şerlok Holms düşməni ilə birlikdə məhz bu şəlaləyə yıxılır Lakin Britaniya ictimaiyyətinin təzyiqinə davam gətirməyən yazıçı “Boş ev” hekayəsində onu “diriltməli” olur.

Şəlalə yaxınlığında bu hadisənin yüz illiyi münasibətilə xatirə lövhəsi quraşdırılmışdır.

Maraqlı faktlar

  • “Şerlok Holms və doktor Vatson” sovet bədii filmində Reyxenbax şəlaləsi kimi Abxaziyada yerləşən Geg (Çərkəz) şəlaləsini çəkmişdilər.
  • BBC tərəfindən çəkilmiş “Sherlock” serialının 2012-ci ildə ekranlara çıxan ikinci mövsümünün üçüncü epizodu “Reyxenbax şəlaləsi” ("The Reichenbach Fall”) adlanır və bu seriyada A.K.Doylun “Sonuncu iş” hekayəsinin motivlərindən istifadə edilmişdir.
  • Şerlok Holms haqqında xatirə lövhəsi
    Şerlok Holms haqqında xatirə lövhəsi
  • Reyxenbax şəlaləsi gecə
    Reyxenbax şəlaləsi gecə
  • "Reyxanbax şəlaləsi" U.Törnerin 1804-cü ildə çəkdiyi rəsm (orijinalı Cecil Higgins Art Gallery & Bedford Museum-da saxlanılır)
    "Reyxanbax şəlaləsi" U.Törnerin 1804-cü ildə çəkdiyi rəsm (orijinalı Cecil Higgins Art Gallery & Bedford Museum-da saxlanılır)

Həmçinin bax

  • Şerlok Holms
  • Professor Moriarti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, reyxenbax şəlaləsi sözünün mənası, reyxenbax şəlaləsi haqqında məlumat. reyxenbax şəlaləsi nədir? reyxenbax şəlaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Türküstan (şəhər)

  • Fevral 27, 2026

    Məhkəmədənkənar qətl

  • Fevral 27, 2026

    İspaniya Superkuboku

  • Mart 03, 2026

    Babakişi

  • Mart 01, 2026

    Panama (şəhər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst