Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Region Liqasının 2024/25 mövsümünün final matçında "Xankəndi" və "Şirvan" komandaları qarşılaşmış, "Xankəndi" rəqibini 3:0 hesabı ilə məğlub edərək çempion olmu

Region Liqası

  • Ana Səhifə
  • Vikipediya
  • Region Liqası

Azərbaycan Region Liqası — Azərbaycanın həvəskar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqə.

Ölkə Azərbaycan Azərbaycan
Açılış ili 2017
İlk sezon 2017/18
Komandaların sayı 54
Liqalar sistemində səviyyə 4
Yuxarı liqa Azərbaycan İkinci Liqası
Son çempion Xankəndi
(2024/25)
Ən uğurlu komanda Uğur (2 dəfə)
Veb səhifəsi www.affa.az
2025/26

Mündəricat

Tarixi

Region Liqasının 2024/25 mövsümünün final matçında "Xankəndi" və "Şirvan" komandaları qarşılaşmış, "Xankəndi" rəqibini 3:0 hesabı ilə məğlub edərək çempion olmuş və İkinci Liqaya vəsiqə əldə etmişdir. Turniri ikinci pillədə tamamlayan "Şirvan" isə növbəti mövsümdə İkinci Liqaya vəsiqə əldə etmək uğrunda sonuncu mövsümü 13-cü yerdə tamamlamış "Lerik" komandası ilə pley-off matçına çıxıb. 29 may saat 16:00-da ASCO Arenada keçirilmiş matçda "Şirvan" "Lerik" üzərində 3–2 hesablı qələbə qazanaraq 2025/26 mösümündə İkinci Liqada oynamaq hüququ əldə edib, "Lerik" isə Region Liqasına düşüb.

Müsabiqə formatı

Region Liqasının keçirilməsini və nəzarəti AFFA-nın işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, Kütləvi Futbol Departamenti, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi) həyata keçirir.

Region Liqasının qalibi UEFA Region Kubokunda Azərbaycanı təmsil edir. Liqada ilk üç yeri tutan komandaların futbolçuları və baş məşqçiləri medallarla, AFFA-nın diplomları və pul mükafatı ilə təltif olunur. Birinci yerin sahibi 10.000 AZN, ikinci yer 5.000 AZN, üçüncü yer isə 2.000 AZN məbləğində pul mükafatı alır. Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və hədiyyələrlə mükafatlandırılır.

2025/26 mövsümündə Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub olmaqla 4 regionu əhatə edəcək. Ümumilikdə 54 komandanın iştirak edəcəyi turnirdə ilk oyunlar martın 8–9-da baş tutacaq. Mövsüm may ayının sonlarında başa çatacaq.

Klublar

2025/26 mövsümündə mübarizə aparacaq klublar aşağıdakı kimidir:

A qrupu

  • ŞKGB
  • "Şirvanovka" FK
  • "Gənclər" PFM
  • "Lokomotiv Baku"
  • "Ramana" FK
  • ATİDEL PFK
  • "Record Club"
  • "İnşaatçı" PİK

B qrupu

  • "Cəngi" FK
  • "City Baku" FK
  • "Xanlıq"
  • "Əmirli" FK
  • "Çinar Zəngilan" FK
  • "Dirçəliş" FK

C qrupu

  • "Mübariz" FA
  • "Xudat City" FA
  • "Bayıl Rovers"
  • "Qaradağ Şıxlar" FK
  • İCBFA
  • "Gənclik" İK

D qrupu

  • "Ümid" FK
  • "Marafon" İK
  • "Bahar" (Beyləqan)
  • "Avşar" FK
  • "Hacıqabul"
  • "Şirvan OİK"

E qrupu

  • "Araz" (İmişli)
  • "Sabirabad" FK
  • "Xankəndi" FK
  • "Lokomotiv İmişli"
  • "Şirvan" FK
  • "Mil" FK

F qrupu

  • "Zəfər-44"
  • "Biləsuvar" FK
  • "Ərkivan" (Masallı)
  • "Salyan OİK"
  • "Qobustan" FK
  • "Masallı" PFK
  • "Lənkəran" FK
  • "Neftçala" FK

G qrupu

  • "Balakən" FK
  • "Tərtər" FK
  • "Bərdə" FK
  • "Kürmük" (Qax)
  • "Ağstafa Gəncləri"
  • "Xocalı" PFK

H qrupu

  • "Goranboy OİK"
  • "Naftalan" FK
  • "Şəfəq FK"
  • "VT Gəncə"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, region liqası sözünün mənası, region liqası haqqında məlumat. region liqası nədir? region liqası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    N

  • Fevral 27, 2026

    Əsas

  • Fevral 27, 2026

    Canyataq

  • Fevral 27, 2026

    Şirvanşah

  • Fevral 27, 2026

    Manna yarması

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst