Rauf Vəliyev (Az. Vəliyev Rauf Göyüş oğlu) — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2013-2026).
| Rauf Vəliyev | |
|---|---|
| |
| 22 oktyabr 2013 – 16 yanvar 2026 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | vəzifə təsis edilib. |
| Sonrakı | Əfqan Cəlilov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 avqust 1965 (60 yaş) |
| Doğum yeri | |
| Partiya | Yeni Azərbaycan Partiyası |
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Vəliyev Rauf Göyüş oğlu 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləmişdir. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2026-cı il tarixli Sərəncamı ilə vəzifəsindən azad edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mükafatları
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.
Ailəsi
Ailəlidir, iki övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Vəliyev haqqında məlumat. Rauf Vəliyev nədir? Rauf Vəliyev nə deməkdir?
