Talışinski Rauf Rəfail oğlu (Rauf Rəfail oğlu Talışinski}; 16 noyabr 1956, Azərbaycan – 8 may 2018, Bakı) — Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, Echo.az saytının və "Exo" qazetinin təsisçisi və baş redaktoru.
| Rauf Talışinski | |
|---|---|
| Rauf Rəfail oğlu Talışinski | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | Jurnalistika fakültəsi |
| Təhsili | Moskva Dövlət Universiteti |
| Fəaliyyəti | jurnalist, qəzet redaktoru[d] |
| Mükafatları | |
Həyatı
Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgan ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.
Fəaliyyəti
Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb, 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri,1990-cı ildən "Ayna" və "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. R.Talışinski 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.
Mükafatları
Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Ölümü
2018-ci il mayın 8-ində qəfil ürəktutmasından vəfat edib.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rauf talışinski sözünün mənası, rauf talışinski haqqında məlumat. rauf talışinski nədir? rauf talışinski nə deməkdir?
