Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rauf Əli oğlu Pənahov (5 iyun 1937, Bakı – 20 iyul 2017, Bakı) — Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Dövlət qulluğunun baş müşaviri (2001–2017).

Rauf Pənahov

  • Ana Səhifə
  • Vikipediya
  • Rauf Pənahov

Rauf Əli oğlu Pənahov (5 iyun 1937, Bakı – 20 iyul 2017, Bakı) — Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Dövlət qulluğunun baş müşaviri (2001–2017).

Rauf Pənahov
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
12 fevral 2001 – 20 iyul 2017
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini
24 mart 1995 – 12 fevral 2001
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1937(1937-06-05)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 iyul 2017(2017-07-20) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20072007
Xarici video
Gözəl insan və vətəndaş Rauf Pənahov haqqında bir film

Mündəricat

Həyatı

Rauf Pənahov 1937-ci il iyunun 5-də Bakı şəhərində anadan olub. 1952–1956-cı illərdə Bakı Neft Texnologiyası Texnikomunu bitirib.

1956-cı ildə "Azneftmaş"ın Kirov adına Mexaniki Təmir zavodunda texnik, çilingər, usta vəzifəsində işləməklə ilk əmək fəaliyyətinə başlamışdır. Zavodda işləməklə yanaşı istehsalatla əlaqədar olaraq, 156 saylı məktəbdə şagirdlərə əmək fənnini tədris etmişdir.

1960–1963-cü illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1963–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunu maşınqayırma texnoloqiyası fakültəsini bitirmişdir. İnstitutda oxumaqla bərabər istehsalatdan da ayrılmamış əmək fəaliyyətini Bakı Yod Zavodunda davam etdirmişdir. Zavodda baş mexanik, sex rəisi, əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində çalışaraq, 1971-ci ilə kimi əmək fəaliyyətini davam etdirmişdir.

Əmək fəaliyyəti

  • 1971-ci ildə Tikilməkdə olan Qeyri-Filiz Materialları Müəssisəsində baş mühəndis vəzifəsində çalışmışdır.
  • 1972–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində şöbə rəisi, daha sonra isə, rəis müavini vəzifəsində işləmişdir.
  • 1982-ildən 1991-ci ilə qədər "Bakı Baş Tikinti" idarəsində rəis müavini vəzifəsində çalışmışdır.
  • 1991-ci ildə Əsaslı Tikinti İdarəsində rəis işləmişdir.
  • 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Sınaq Təcrübə və Təmir zavodunda direktor müavini işləmişdir.
  • 1993-cü ildən 1995-ilə qədər "Savalan" Elmi-Istehsalat Müəssisəsində direktor müavini vəzifəsində işləyib.
  • 1995-ci ilin mart ayından 2001-ci ilə qədər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının tikinti və memarlıq üzrə müavin vəzifəsində çalışmışdır.
  • 2001-ci ilin fevral ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilmişdir. 20 iyul 2017-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rauf Pənahov ömrünün yarım əsrə yaxın hissəsini dövlət idarəciliyində müxtəlif məsul vəzifələrdə səmərəli iş fəaliyyətinə həsr edib. Bakı şəhərində sənaye müəssisələrinin, sosial-mədəni təyinatlı obyektlərin tikintisində, şəhərin inkişafı və abadlaşmasında əməyi olmuşdur.

20 iyul 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə Rauf Pənahov bir sıra mükafatlara layiq görülmüşdür:

  • 1980-ci ildə "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir.
  • 2007-ci il iyunun 22-də Azərbaycan Respublikası Prezidentinin 2264 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir ..

Əlavə məlumatlar

“Vətən Oğlu: Rauf Pənahov” kitabı, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd və hüquqşünas Fuad Pənahovun həmmüəllifliyi ilə “Ecoprint” nəşriyyat evində çap olunmuşdur. Bu əsər, uzun illər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanın və xüsusilə Bakı şəhərinin inkişafına, gözəlləşməsinə və memarlıq baxımından formalaşmasına xüsusi töhfələr vermiş Rauf Pənahovun həyat və fəaliyyətinə həsr olunmuşdur

Ailəsi

Ailəlidir, 3 övladı,6 nəvəsi,2 nəticəsi var

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Pənahov haqqında məlumat. Rauf Pənahov nədir? Rauf Pənahov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    26 (ədəd)

  • Fevral 27, 2026

    Bəcəh

  • Fevral 27, 2026

    Kəbirli eli

  • Fevral 27, 2026

    RSFSR

  • Fevral 24, 2026

    Kazbek

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst