Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976) — Azərbaycan kinorejissoru.
| Rauf Kazımovski | |
|---|---|
| Kazımovski Rauf Mirmahmud oğlu | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
| Vəfat tarixi | |
| Uşağı |
|
| Atası | Mirmahmud Kazımovski |
| Fəaliyyəti | rejissor |
| Mükafatları | |
Həyatı
Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Filmoqrafiya
- Şamdan bəy (film, 1956)
- Korun mahnısı (film, 1961)
- Körpə (film, 1962)
- Yun şal (film, 1965)
- Poçt qutusu (film, 1967)
- Bəşir Səfəroğlu (film, 1969)
- General (film, 1970)
- Aktrisanın təbəssümü (film, 1974)
- Aldanmış kəvakib (film, 1974)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Kazımovski haqqında məlumat. Rauf Kazımovski nədir? Rauf Kazımovski nə deməkdir?
