Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və boks məşqçisi. SSRİ çempionu,idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi,Milli komandanın baş məşqçisi. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov 2 dəfə Avropa və 2 dəfə dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.
| Rauf Cabbarov | |
|---|---|
| Rauf Əbdülqədir oğlu Cabbarov | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bilgəh, Bakı, Azərbaycan |
| Vəfat səbəbi | Ürək tutması |
| Vətəndaşlığı | |
| Uşağı | 2 qız |
| Atası | Əbdülqədir Cabbarov |
| Dini | İslam |
| Fəaliyyəti | Boks məşqçisi |
| Fəaliyyət illəri | 1969-2004 |
| Mükafatları | |
Həyatı
1935-ci ilin iyulun 8-də Bakı şəhərində anadan olub. İlk olaraq Bakının Vidadi küçəsində, daha sonra Bayıl qəsəbəsinin Qurban Abbasov 34 küçəsində yaşamışdır. Boksla 10 il məşğul olmuş, respublika və ümumitiffaq miqyaslı yarışlarda qalib və mükafatçı kimi fərqlənmişdir. Əmək fəaliyyətinə 1957-ci ildə L. Şmidt adına zavodda çilingər vəzifəsində başlamışdır. 1960-cı ildən lampa zavodunda baş operator, 1963-cü ildə Taksi-Motor Parkında - yağlayıcı, 1969-cu ildən isə "Dinamo" idman cəmiyyətində və Bakı Uşaq-Gənclər idman məktəbində boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. Uzun illər Azərbaycan yığma komandasının baş məşqçisi olmuş, onlarla yüksək dərəcəli boksçular hazırlamışdır. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov Avropa və dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.
2004-cü ildən sonra iki dəfə ürək infarktı keçirən Cabbarovun uzun müddət səhhəti ilə bağlı problemləri olub. 2010-cu il mayın 11-də Zabrat qəsəbəsində dəfn olunub.
Ailəsi
Azərbaycanın ilk diktoru Fatma Cabbarova Rauf Cabbarovun əmisi qızıdır.
Təltif və mükafatları
O, SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi idi.
- 2000 —
"Tərəqqi" medalı - 2003 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Qalereya
Rauf Cabbarov
Rauf Cabbarov gənc yaşlarında
Rauf Cabbarov
1974-cü ildə Rauf Cabbarov Bakının Dinamo İdman Cəmiyyətində öz tələbələri ilə
Sydney 2000
Ümummilli lider Heydər Əliyev tərəfindən ‘Tərəqqi’ ordenı təqdim edilərkən.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rauf cabbarov sözünün mənası, rauf cabbarov haqqında məlumat. rauf cabbarov nədir? rauf cabbarov nə deməkdir?