Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rauf Yusuf (Yusif) oğlu Babayev (30 dekabr 1937, Gümrü – 27 mart 2020, Bakı) — Azərbaycan müğənnisi (tenor), Azərbaycan Respublikasının xalq artisti (2006).

Rauf Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Rauf Babayev

Rauf Yusuf (Yusif) oğlu Babayev (30 dekabr 1937, Gümrü – 27 mart 2020, Bakı) — Azərbaycan müğənnisi (tenor), Azərbaycan Respublikasının xalq artisti (2006).

Rauf Babayev
Rauf Yusuf (Yusif) oğlu Babayev
Rauf Babayev 2019-cu ildə
Rauf Babayev 2019-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 30 dekabr 1937(1937-12-30)
Doğum yeri
  • Gümrü, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 27 mart 2020(2020-03-27) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1961–2020
Janrlar xalq musiqisi, caz
Səs tembri tenor
Təhsili
  • Azərbaycan Dövlət Konservatoriyası (–1962)
Üzvlüyü
  • "Qaya" Vokal Kvarteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978
"Şöhrət" ordeni — 20172017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmişdir. İkinci fəxri xiyabanda dəfn olunmuşdur.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 yanvar 1978
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2006
  • "Şöhrət" ordeni — 28 dekabr 2017

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Babayev haqqında məlumat. Rauf Babayev nədir? Rauf Babayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    ACM

  • Mart 01, 2026

    Rusiya bayrağı

  • Fevral 27, 2026

    6 (ədəd)

  • Fevral 27, 2026

    Teleologiya

  • Mart 01, 2026

    Qədir Nəsibov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst