Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbrahimov Rasim Səxavət oğlu (18 aprel 1962, Çilov – 28 iyun 1992, Tuğ, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Rasim İbrahimov

  • Ana Səhifə
  • Vikipediya
  • Rasim İbrahimov

İbrahimov Rasim Səxavət oğlu (18 aprel 1962, Çilov – 28 iyun 1992, Tuğ, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Rasim İbrahimov
Rasim Səxavət oğlu İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1962
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 iyun 1992 (30 yaşında)
Vəfat yeri Tuğ
Vəfat səbəbi şəhid
Dəfn yeri Bakı, Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Həyatı

Əslən Füzuli rayonundan olan İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır… 1977-ci ildə C. Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R. İsmayılov 1979-cu ildək burada oxuyub. 1984-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R. İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R. İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R. İbrahimov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rasim İbrahimov haqqında məlumat. Rasim İbrahimov nədir? Rasim İbrahimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Əkbər Bayramov

  • Fevral 17, 2026

    Danimarka

  • Fevral 27, 2026

    Edsel Ford

  • Fevral 27, 2026

    Komi-zıryan dili

  • Mart 01, 2026

    Ximki

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst