Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra

Ramil Səfərov

  • Ana Səhifə
  • Vikipediya
  • Ramil Səfərov

Ramil Səfərov (25 avqust 1977, Şükürbəyli, Cəbrayıl rayonu) — azərbaycanlı hərbçi, polkovnik

Ramil Səfərov
Ramil Sahib oğlu Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi 25 avqust 1977(1977-08-25) (48 yaş)
Doğum yeri
  • Şükürbəyli, Cəbrayıl rayonu, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Həyat yoldaşı Şəbnəm Səfərova
Təhsili
  • Cəmşid Naxçıvanski adına hərbi lisey
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1996–2016
Rütbəsi polkovnik
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Balas Kuti (Marqaryanın otaq yoldaşı) Səfərova qışqırıb ki, onu döyməyi dayandırsın, lakin müttəhim başını şahidə tərəf yelləyərək bildirib ki, onunla heç bir problem yoxdur və ona toxunmayacaq. Qətlin sonunda müttəhim siqaret yandıraraq erməninin cəsədinin üstünə atıb. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Bəzi KİV-ləri Ramil Səfərovun 2012-ci ilin oktyabrın əvvəlində ailə qurması barədə xəbər yaydılar. Ancaq atası Sahib Səfərov Ramilin evlənmə xəbərini qəti şəkildə təkzib etdi. 28 may 2014-cü ildə Ramil Səfərovun qız uşağı dünyaya gəldi.

Onun həyat yoldaşı Şəbnəm Səfərova 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində 119-saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd olub.

Ekstradisiyası və əfv edilməsi

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev:

Orijinal mətn (az.)
"Mən xatırlayıram ki, Azərbaycan zabitini – Ramil Səfərovu Vətənə qayıtdığına və azadlığa buraxdığıma görə mənə qarşı nə qədər əsassız ittihamlar səsləndi, nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bu gün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini Vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın görün, buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı nə qədər əsassız hücumlar edilmişdi."

Reaksiyalar

  • Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi Əbdürrəhman Vəzirov Ramil Səfərovun erməni zabitini öldürməsini və onun özünün isə qəhrəman elan edilməsini "anlaşılmaz hərəkət" adlandırıb.

Tərcüməçiliyi

Ramil Səfərov Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisidir. Macarıstanda həbsdə olduğu müddətdə o, macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini Azərbaycan dilinə tərcümə edib. O, Macarıstanın tanınmış qadın yazıçılarından biri Maqda Sabonun "Qapı" (mac. "Az ajtó" 1987) romanını tərcümə etmişdir.

O, həmçinin Macarıstanın tanınmış yazıçılarından biri Ferens Molnarın "Pal küçəsinin oğlanları" (mac. "A Pál utcai fiúk", 1906) povestini də tərcümə etmişdir.

Həmçinin bax

  • Azərbaycan-Macarıstan münasibətləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramil Səfərov haqqında məlumat. Ramil Səfərov nədir? Ramil Səfərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şer

  • Fevral 27, 2026

    İvan Kalita

  • Fevral 27, 2026

    Ta-Seti

  • Fevral 27, 2026

    Fətrət

  • Fevral 27, 2026

    Mehriban Ələkbərova

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst