Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq.

Rafiq Tağı

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Tağı

Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq.

Rafiq Tağı
Rafiq Nəzir oğlu Tağıyev
Doğum tarixi 5 avqust 1950(1950-08-05)
Doğum yeri
  • Xoşçobanlı, Masallı rayonu, Azərbaycan
Vəfat tarixi 23 noyabr 2011(2011-11-23) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Dəfn yeri
  • Ümumşəhər qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Uşağı 3
Təhsili
  • Azərbaycan Tibb Universiteti,
  • Birinci Moskva Dövlət Tibb Universiteti
Fəaliyyəti jurnalist, yazıçı, kardioloq

Mündəricat

Həyatı

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Həbs olunması

2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır.

Ölümü

2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdir.. Yazıçının 2006-cı ildə "Sənət" qəzetində çıxan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətullah Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazmışdı. Jurnalist Elnur Məcidli isə Rafiq Tağının Azərbaycan hakimiyyətini tənqid edən yazılarına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən öldürüldüyünü iddia edib. Jurnalistin sözlərinə görə Rafiq Tağının öldürülməsi keçmiş MTN generalı Akif Çovdarov tərəfindən həyata keçirilib.

Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib. Üç övlad atası idi.

Xatirəsi

Dalğa Gənclər Təşkilatı "Rafiq Tağı mükafatı" təsis etmişdir.

Yaradıcılığı

Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.

2004-cü ildə "Qafqazın qartalı Şaumyan belə…" (Səməd Vurğun) adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin noyabrında "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub. 2011-ci ilin noyabrında bıçaqlanmasının da əsasən onun yaradıcılığı ilə bağlı olduğu ehtimal edilir. Yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyirdi.

Rafiq Tağı "EQO" Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.

Kitabları

  • "Yanaşı ulduzlar" (1987),
  • "Düşmənimin xatirinə" (1991),
  • "Pozitiv. Neqativ" (1996),
  • "Şahzadə Dipendranın məhəbbəti" (2005),
  • "Ucaboy liliput" (2005),
  • "Gənc qraf Kenterberiyski" (2006).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafiq Tağı haqqında məlumat. Rafiq Tağı nədir? Rafiq Tağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Türkiyə Respublikası

  • Mart 01, 2026

    Corryocactus

  • Fevral 24, 2026

    Dünya dini

  • Fevral 27, 2026

    Mi-24

  • Fevral 24, 2026

    Nov boğazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst