Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbayca

Rafiq Səməndər

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Səməndər

Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist.

Rafiq Səməndər
Ələddinov Rafiq Səməndər oğlu
Doğum tarixi 10 yanvar 1950 (76 yaş)
Doğum yeri Quba
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti ssenarist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20112011

Həyatı

Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib.

2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub.

20 bədii əsərin və 25 pyesin müəllifidir. 20 yanvar şəhidlərinə həsr edilmiş 150 min tirajla çap olunan “Şəhidlər” kitabının müəllifidir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.

2011-ci ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub

Filmoqrafiya

  1. Çətin məsələ (film, 1988)
  2. Qonşu qonşu olsa... (film, 1989)
  3. Ekskursiya (film, 1991)
  4. Su bulandıranlar (film, 1991)
  5. Mənim ağ şəhərim (film, 1993)
  6. Yaşar Nuri olduğu kimi... (film, 2001)
  7. Dədə Şəmşir (film, 2002)
  8. Babadağ (film, 2006)
  9. Cavad xan. Filmin filmi (film, 2007)
  10. Sonuncu dərviş (film, 2009)
  11. Döngələr (teleserial, 2012)
  12. Dalan (film, 2012)
  13. Azərbaycan mayakları (film, 2015)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafiq Səməndər haqqında məlumat. Rafiq Səməndər nədir? Rafiq Səməndər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Polypterus bichir

  • Fevral 27, 2026

    Süleyman Mikayılov

  • Fevral 27, 2026

    Sıfır

  • Mart 01, 2026

    Lysis

  • Fevral 27, 2026

    .es

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst