Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistl

Rafiq Savalan

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Savalan

Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971)

Rafiq Savalan
Rafiq İmanqulu oğlu Ağayev
Doğum tarixi 1 dekabr 1940(1940-12-01)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 oktyabr 2023(2023-10-29) (82 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları "Qızıl qələm" mükafatı — 1971

Mündəricat

Həyatı

Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb (1964–1966). Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb.

Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyirdi (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru idi (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Son illər televiziya və dövri mətbuatda islam tərbiyəsi mövzusunda çıxışlar edib, "İmam Əli" (22 seriya) və "İmam Rza" (29 seriya) filmlərinin dublyajına rəhbərlik edib.

30 oktyabr 2023-cü ildə vəfat edib.

Əsərləri

  1. Nigarın nağılları. Bakı: Gənclik, 1979, 95 səh.
  2. Ağ qızılın nağılı. Bakı: Gənclik, 1985, 35 səh.

Tərcümələri

  1. L. N. Tolstoy. Əsərləri. XII c. Bakı: Yazıçı, 1983, 233 səh.
  2. L. N. Tolstoy. Əsərləri. XVI c. Bakı: Yazıçı, 1984, 292 səh. (şərikli)
  3. V. V. Ovçinnikov. Palıd kökləri. Bakı: Azərnəşr, 1985, 300 səh.
  4. M. M. Zoşşenko. Lenin haqqında hekayələr. Bakı: Gənclik, 1988, 40 səh.
  5. F. Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Elm, 1990, 256 səh.

Filmoqrafiya

  1. Dağlı çörəyi (film, 2007)
  2. Bakı milyonçuları. Ağa Musa Nağıyev (film, 2008)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafiq Savalan haqqında məlumat. Rafiq Savalan nədir? Rafiq Savalan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məhəmməd Füzuli

  • Fevral 27, 2026

    Qızılorda vilayəti

  • Fevral 27, 2026

    Rusudan Xoperiya

  • Fevral 27, 2026

    Hipotez

  • Fevral 27, 2026

    Baycu noyon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst