Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan

Rafiq Feyzullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Feyzullayev

Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən).

Rafiq Feyzullayev
Azərbaycan Respublikasının xalq təhsili naziri
5 fevral 1991 – 11 avqust 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıFirudin Cəlilov
Azərbaycan SSR xalq təhsili naziri
25 fevral 1989 – 5 fevral 1991
ƏvvəlkiMüslüm Məmmədov
Sonrakıvəzifənin adı dəyişdirilib
Azərbaycan SSR xalq təhsili nazirinin müavini
sentyabr 1988 – 25 fevral 1989
NazirMüslüm Məmmədov
Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini
1983 – 1988
NazirQurban Əliyev
Ağalar Abbasbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 10 sentyabr 1943(1943-09-10)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 iyun 2001(2001-06-17) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1968–1991)

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1990

Mündəricat

Həyatı

Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965).

1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970).

1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib.

Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ KP‑nın XXVIII qurultayında Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib.

Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini (1983–1988), xalq təhsili nazirinin müavini (1988–1989) və təhsil naziri (1989–1992), Respublika müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini (15 sentyabr 1992-ci ildən 25 fevral 1993-cü ilədək), Elm və Texnika Komitəsinin sədr müavini (1992–1996) vəzifələrində işləmişdir.

1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini vəzifəsini icra edib.

Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.

Rafiq Feyzullayev 70‑dən artıq elmi əsərin və tədris vəsaitinin müəllifi idi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafiq Feyzullayev haqqında məlumat. Rafiq Feyzullayev nədir? Rafiq Feyzullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tana gölü

  • Fevral 27, 2026

    Viskonsin-Medison Universiteti

  • Fevral 27, 2026

    Kyuşu

  • Fevral 27, 2026

    Aleksandr Menşikov

  • Fevral 28, 2026

    Zeynülabidin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst