Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (

Rafiq Dadaşov

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Dadaşov

Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016).

Rafiq Dadaşov
Rafiq Ağahüseyn oğlu Dadaşov
Doğum tarixi 20 iyul 1946
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 fevral 2017 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 20162016

Mündəricat

Həyatı

Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953–1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib.

1963-cü ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb.

1971–1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1972–1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb. 1995-ci ildən "Aztelefilm" birliyində işləyib. Daha sonra isə Teleradio Şirkətində "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliiyində kinorejissor vəzifəsində çalışıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Hazırda təqaüdçüdür. Ailəlidir, həyat yoldaşı kinomontajçı Nelli Dadaşovadır. İki övladı var-Dadaşova İradə, Dadaşov Murad.

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

5 fevral 2017-ci ildə vəfat edib.

  • Montajçı Nelli Dadaşovanın həyat yoldaşıdır.

Filmoqrafiya

  1. Bir cənub şəhərində (film, 1969)
  2. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  3. Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — rejissor assistenti
  4. Əgər bir yerdəyiksə (film, 1975)
  5. Günlərin bir günü... (film, 1976) (rejissor)
  6. De ki, məni sevirsən! (film, 1977) (rejissor)
  7. Dantenin yubileyi (film, 1978) (rejissor)
  8. Yarımçıq qalmış mahnı (film, 1979) (rejissor)
  9. Yol əhvalatı (film, 1980) (rejissor)
  10. Üzeyir ömrü (film, 1981) (rejissor)
  11. Qaladan tapılan mücrü (film, 1982) (rejissor)
  12. Ötən ilin son gecəsi (film, 1983) (rejissor)
  13. On yeddi yaşlı oğlan (film, 1985) (rejissor)
  14. Qəm pəncərəsi (film, 1986) (rejissor)
  15. İmtahan (film, 1987) (rejissor)
  16. Meyl (film, 1988) (rejissor)
  17. Sahilsiz gecə (film, 1989) (rejissor)
  18. Qətl günü (film, 1990) (rejissor)
  19. Qətldən yeddi gün sonra (film, 1991) (rejissor)
  20. Naməlum torpaq (film, 1992) (rejissor)
  21. Köpək (film, 1994) (rejissor)
  22. Leyli və Məcnun (film, 1996) (rejissor)
  23. Kleopatra (film, 1996) (rejissor)
  24. Fatehlərin divanı (rejissor)
  25. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  26. Bir anın həqiqəti (film, 2003)

"Azərbaycantelefilm"də çəkilən filmlər

  1. Cücələrim (sənədli film,1996) (quruluşçu rejissor)
  2. Yeni nəsil,yeni məhsul (sənədli film, 2000) (quruluşçu rejissor)
  3. İmamverdi Əbilov (sənədli film, 2001) (quruluşçu rejissor)
  4. Daşları dindirən alim (film, 2001) (quruluşçu rejissor)
  5. Poçtalyon Həcər (sənədli film, 2002) (quruluşçu rejissor)
  6. Bir mahnının işığı (sənədli film, 2002) (quruluşçu rejissor)
  7. Mirzə Fətəli Axundov Adına Kitabxana (sənədli film, 2003) (quruluşçu rejissor)
  8. Sara Qədimova (bədii-sənədli film, 2003) (quruluşçu rejissor)
  9. Əbilob klubu (bədii-sənədli film, 2004) (quruluşçu rejissor)
  10. Ağ adam (film, 2004) (quruluşçu rejissor)
  11. Rəssam Ponomaryev (sənədli film,2004 (quruluşçu rejissor)
  12. Seyid Nigari (bədii-sənədli film,2004) (quruluşçu rejissor)
  13. Dəf çalan (sənədli film,2005) (quruluşçu rejissor)
  14. Su dəyirmanı (sənədli film,2005) (quruluşçu rejissor)
  15. Xilasedici (sənədli film, 2005) (quruluşçu rejissor)
  16. Azərbaycanda rus icmaları (film, 2006) (quruluşçu rejissor)
  17. Şövkət Məmmədova (sənədli film,2006) (quruluşçu rejissor)
  18. Sufilər (bədii film,2006) (quruluşçu rejissor)
  19. Musiqi aləmi (bədii-sənədli,2006) (quruluşçu rejissor)
  20. Uluxanlı məktəbi (film, 2007) (quruluşçu rejissor)
  21. Gəncə kukla teatrı (sənədli film,2007) (quruluşçu rejissor)
  22. Aşiqlər (film, 2008)
  23. Zəngəzur (film, 2008) (quruluşçu rejissor)
  24. Imla Yaddaşı (film, 2008) (quruluşçu rejissor)
  25. Bizim rəqslər (film,2009) (quruluşçu rejissor)
  26. Tarix muzeyi (film,2010)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rafiq dadaşov sözünün mənası, rafiq dadaşov haqqında məlumat. rafiq dadaşov nədir? rafiq dadaşov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Tulan xaqan

  • Mart 01, 2026

    Honda

  • Mart 01, 2026

    Struktur işsizlik

  • Fevral 24, 2026

    Çərəli (Qubadlı)

  • Fevral 27, 2026

    İdigən

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst