Rabitəbank — Azərbaycanda fəaliyyət göstərən bank. 1993-cü il 30 iyun tarixində təsis edilmişdir. Azərbaycanda bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyətidir.
| Rabitəbank | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Tipi | Açıq Səhmdar Cəmiyyəti |
| Sənaye | Bank sektoru |
| Təsis tarixi | 30 iyun 1993 |
| Baş qərargahın yeri | Bakı, Fizuli küçəsi 71 |
| İqtisadi göstəriciləri | |
| Ümumi kapital | 128.000.000- AZN (2024) |
| Xalis mənfəəti | 19.182.660- AZN (2024) |
| Struktur | |
| İşçi sayı | 1200-dən çox |
| Rəhbərlik | |
| Müşahidə Şurasının sədri Zakir Nuriyev İdarə Heyətinin sədri Aydın Hüseynov | |
| www.rabitabank.com | |
Haqqında
Rabitəbank 1993-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankının 136 nömrəli lisenziyası əsasında fəaliyyətə başlamışdır. Rabitəbank ticarət, istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrlə yanaşı, fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir. Rabitəbank 78 ATM və 31 filialdan ibarət xidmət şəbəkəsi ilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı, Ağcabədi və Xankəndi daxil olmaqla ölkənin 19 regionunda təmsil olunur. 1994-cü ildə Bakı Banklararası Valyuta Birjasına və Azərbaycan Banklar Assosiasiyasına qəbul edilməsi ilə bankın maliyyə imkanları daha da genişlənmişdir. 1994-cü ildə "Rabitəbank" ASC-nin ilk filialı olan Yasamal filialı fəaliyyətə başlamışdır. Rabitəbank SWIFT, Europa International, Visa International ödəniş sistemlərinə üzv olmuşdur. Bank həmçinin Western Union, Zolotaya Korona, Contact kimi pulköçürmə sistemləri ilə prinsipial üzvdür. Bank 2019-cu ildə rebrendinq edərək loqo və korporativ üslubu dəyişmişdir.
Bank məhsulları
Kartmane
Debet, kredit və premium kartları özündə birləşdirən Kartmane vasitəsilə Azərbaycanın və dünyanın istənilən yerində sürətli ödənişlər edə bilmək mümkündür. Kartmane kartı geniş tərəfdaş şəbəkəsinə sahib olmaqla yanaşı kartmane ilə kartdan karta pulköçürmə və ATM nağdlaşdırma xidmətlərini pulsuz şəkildə həyata keçirmək mümkündür.
Rabita Mobile
Tətbiq bir çox bank əməliyyatının onlayn şəkildə yerinə yetirilməsini təmin edir. Rabita Mobile ilə 700-dən çox ödənişi smartfon vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin kartdan karta pulköçürmə, Hesabı bölmə(Split Bill), Send to friend, MoneySend, ƏDV geri al, Parkinq ödənişləri kimi funksiyalar da tətbiqdə mövcuddur.
RabitaBot
Azərbaycanda "Messenger" və "Telegram" platformaları üzrərindən maliyyə əməliyyatlarını icra edən ilk çatbotdur. RabitaBot istifadəçilərə telegram üzərindən sürətli şəkildə vəsait göndərmək, kommunal ödənişlər etmək, kart və ya kredit sifarişi kimi imkanlar yaradır.
Rabita Junior
Bu tətbiq 7–17 yaşlı uşaqlara pul idarəetməsini əyləncəli şəkildə öyrədir və xərclərinə nəzarət etməyə imkan verir. Valideynlər limitləri təyin edir, əməliyyatları izləyir, uşaqlar isə tapşırıqları yerinə yetirib keşbek və mükafat qazanırlar.
Rabita Invest
Tətbiqi sadə interfeysi ilə investisiya prosesini asanlaşdırır və 2000-dən çox alətə yatırım imkanı yaradır. Tətbiqdəki qrafiklər TradingView platforması tərəfindən təqdim olunur. Qabaqcıl analitik alətlər bazarı təhlil etməyə və düzgün investisiya qərarları verməyə kömək edir.
Xidmət şəbəkəsi
31 filial, 78 ATM ilə Rabitəbank Azərbaycanda xidmət şəbəkəsinə malik olan maliyyə qurumlarından biridir. Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Rabitəbank tərəfindən 400.000-dən çox müştəriyə xidmət göstərilir. Rabitəbank həmçinin dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.
Rəhbərlik
Müşahidə Şurası
- Zakir Nuriyev-Müşahidə Şurasının sədri.
- Rauf Əliyev-Müşahidə Şurasının üzvü
- Rəşad Abasov- Müşahidə Şurasının üzvü
- Zaur Baxşəliyev- Müşahidə Şurasının üzvü
- Rəhman Əliyev- Müşahidə Şurasının üzvü
İdarə Heyəti
- Aydın Hüseynov-İdarə Heyətinin sədri
- Orhan Gültekin-İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü (Baş satış inzibatçısı)
- Samir Rzayev-Baş direktor, İdarə Heyətinin üzvü (Baş maliyyə inzibatçısı)
- Ramil Nəsibov-Baş direktor, İdarə Heyətinin üzvü (Baş texnologiya inzibatçısı)
- Natiq Novruzov-Baş direktor, İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı)
Mükafatları
- Business Time jurnalı tərəfindən təşkil edilən "Azeri Business Award" milli mükafatında Kartmane kartı "İlin bank məhsulu" seçilib.
- Visa tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında Rabitəbank 17 komanda arasında 1-ci yerə çıxıb.
- Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası Dizayn&Brendinq və Çap&Nəşriyyat kateqoriyalarında iki qızıl mükafat qazanıb.
- Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan "Trade and Supply Chain Awards 2024" müsabiqəsində "Rabitəbank" ASC "Leading Partner Bank in Azerbaijan" nominasiyasının qalibi olub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rabitəbank sözünün mənası, rabitəbank haqqında məlumat. rabitəbank nədir? rabitəbank nə deməkdir?
