Rəhimli (əvvəlki adı: Aşağı Xaç, Aşağıxaç) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.
| Rəhimli | |
|---|---|
| 40°09′43″ şm. e. 46°04′04″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Kəlbəcər rayonu |
![]() Rəhimli ![]() Rəhimli | |
Coğrafiya
Rəhimli kəndi Tərtər çayın sahilində, dağətəyi ərazidə yerləşir.
Tarixi
Bu kəndin bünövrəsini Çaykənd kəndindən köçmüş bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Kəndin əvvəlki adı AşağXaç olub. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb–seçilən adamlardan olub. Kənd əhalisi Kürdlərin Azərbaycan dilində danışan Alxasi tayfasına mənsubdur.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsindən sonra imzalanmış Üçtərəfli bəyanat əsasında Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdı.
Yaylaqlar, bulaqlar, məşhur yerlər
Yaylaqlar
Rəhimli kəndinə məxsus olan bu yaylaqlar var: Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıquluağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu.
Bulaqlar
Rəhimli kəndinə məxsus olan bu bulaqlar var: Zeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfölən bulaq, Korca bulaq, Lazımin bulağı, Gölmə bulaq.
Məşhur yerlər
Rəhimli kəndinə məxsus olan bu məşhur yerlər var: Tələlər, Ortaburun, Qırmızıqaya, Güneyinboynu, Biçənəklər, Şişin döşü (dağ), Uzuntala, Hacı Əmrahın yurdu, Kərimin biçənəyi, Mustafanın darı yeri, Heydərin yeri, Xaça yolaşan, Xanışın yeri, Ağkaha, Hüseynalının çüxuru, Sarıburun, Qaradaşın dərəsi, Qaramalıx, Suduran, Həşəriyyə, Qarağatlıqobu, Əsgərin kahası, Elyolu, Sarının yurdu, Mis, Bulağınbaşı, Yatalğalar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəhimli (Kəlbəcər) haqqında məlumat. Rəhimli (Kəlbəcər) nədir? Rəhimli (Kəlbəcər) nə deməkdir?

