Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəşid Qarabəy oğlu Məmmədbəyov (28 fevral 1927, Şağan, Bakı qəzası – 4 dekabr 1970, Bakı) — Azərbaycan və SSRİ güləşçisi, 57 kq çəki dərəcəsində çıxış etmişdir.

Rəşid Məmmədbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Rəşid Məmmədbəyov

Rəşid Qarabəy oğlu Məmmədbəyov (28 fevral 1927, Şağan, Bakı qəzası – 4 dekabr 1970, Bakı) — Azərbaycan və SSRİ güləşçisi, 57 kq çəki dərəcəsində çıxış etmişdir. SSRİ Əməkdar İdman Ustası(1952). SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı. 1952-ci il Yay Olimpiya oyunlarının gümüş mükafatçısı, Olimpiya medalı qazanmış ilk azərbaycanlı.

Rəşid Məmmədbəyov
Rəşid Qarabəy oğlu Məmmədbəyov
Rəşid Məmmədbəyov (ayaq üstə) və Layoş Bençe (Macarıstan) 1952-ci ilin Olimpiya oyunlarında
Rəşid Məmmədbəyov (ayaq üstə) və Layoş Bençe (Macarıstan) 1952-ci ilin Olimpiya oyunlarında
Doğum tarixi 28 fevral 1927
Doğum yeri Şağan, Bakı, Azərbaycan SSR, ZSFSR
Vəfat tarixi 4 dekabr 1970 (43 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti güləşçi
Mükafatları SSRİ əməkdar idman ustası

Mündəricat

Həyatı

Azərbaycanın və SSR-nin güləşçisi, 57 kq çəkidə SSR-ni təmsil edən, SSRİ əməkdar idman ustası, 1952-ci ilin olimpia oyunlarının gümüş medalçısı, Azərbaycan idmançılarının arasında ilk olimpia mükafatı qazanmış, SSRİ-nin 5 qat gümüş medalçısı, İskra idman cəmiyyətinin üzvü Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. O, keçmiş Kirov adını daşıyan Azərbaycan Dövlət İdman İnstitutunu bitirib. Onun məşqçisi Azərbaycanda ilk güləş üzrə SSRi məşqçisi adını qazanmış Rza Baxşəliyev idi. Onun ən sevimli şagirdi Rəşid Məmmədbəyov sayılırdı.

1947-ci ildə Məmmədbəyov Taplində keçirilən SSRİ çempionluğunda iştirak etmişdi. Qalib gələrək ikinci yerə layiq görüldü. 2 ildən sonra doğma şəhərində keçirilən Ölkə çempionatında yenə 2-ci yeri qazanır. Amma onun dostu, bir erdə məşq etdikləri Musa Babayev isə SSRİ çempionu olaraq Budapeştə getdi. Və orda beynəlxalq tələbələr yarışında da qızıl medal qazanaraq vətənə qayıtdı. Rəşid Məmmədbəyov dostunu hava limanında qarşılayaraq onu qələbə ilə təbrik etdi.

1952-ci ildə Helsinkidə keçirilən Olimpiada oyunlarına qoşularaq SSRİ-ni təmsil etdi. Orda O, gümüş medal qazanaraq Azərbaycanda ilk olimpiada oyunlarında mükafat qazanmış idmançı oldu.

Daha sonralar "İskra" cəmiyyətinin üzvü olandan sonra 3 dəfə 1953, 1954 və 1956-cı illərdə gümüş medal qazanaraq 2-ci yeri tutmuşdu.

Rəşid Məmmədbəyov sərbəsr güləşi Azərbaycanda ilk yayanlardan biri olub. Bununla bərabər o həmçinin yunan-roma güləşlərində iştirak etmişdi. Və 1948-ci ildə yunan-roma güləşi üzrə Azərbaycanda ilk master oldu. Məmmədbəyov 4 dekabr 1970-ildə 43 yaşında həyatını dəyişdi.

Xatirə turniri

2009 və 2010 ildə Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə (1994–1996-cı il təvəllüdlü) sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turniri təşkil olunub.

1952 Olimpiya Oyunları

Azərbaycan idmançıları digər idmançılarla birgə Olimpia oyunlarına 1952-ci ildən SSRİ-ni təmsil edərək qoşulmağa başladılar. Sərbəst güləş üzrə oyunlar 20–23 iyul Messuxolli sərgi salonunda keçirilirdi.

57kq çəki ilə yarışan Məmmədbəyov iyulun 20-ində birinci dəfə İranın 1951-ci ildə Bürünc dünya çempionluğunun medalçısı ilə yarışaraq 32-ci saniyədə artıq açıq aydın qələbə qazandı. Ikinci raund İyulun 21-də keçirildi. Bu yarışda İsveçrəli döyüşçü zədəli olduğundan xalıya çıxmadı və Məmmədbəyov şərti qələbə qazandı. 22 iyul-da Amerikanı təmsil edən Bill Bordersomla 3-cü turda yarışan Məmmədbəyov 10-cu dəqiqə, 40-cı saniyədə təmiz qələbə ilə qalib gəldi. 3-cü turdan sonra Məmmədbəyov yeganə cərimə xalı olmayan iştirakçı idi. Elə həmin gün yenidən Macarıstandan olan Layoş Bense ilə 4-cü raunda çıxdı. Görüş hakimlərin qərarı ilə 2:1 hesabı ilə bitdi. Amma Bencenin hesabında 5 cərimə xalı olduğundan onu yarışmadan ayırdılar. 23 iyul 5-ci raundda Məmmədbəyov hind döyüşçüsünü 3:0 hesabla qalib gəldi. Final görüşündə isə yaponiyalı Şohaçi İşiiyə 3:0 məğlub olaraq Olimpiada oyununun gümüş medalçısı olur.

Olimpia oyunlarından sonra verilən şərhlərin birində Rəşid Məmmədbəyovun da adı çəkilmişdir. İranlı döyüşçü oyun başlıyar başlamaz, hakim hələ yenicə oyunun başlanğıcını təqdim etməyə başlamışdır ki, artıq oyun sona yetdi. 32-ci saniyədə Məmmədbəyov qalib gəldi.

Hər il Azərbaycanın ilk olimpiya qalibi olan Rəşid Məmmədbəyovun xatirəsinə gənclər üçün güləş üzrə turnir keçirilir. İlk turnir 2009-cu ilin noyabr ayında Bakının Abu Arena idman kompleksində keçirildi. 2010-cu ilin noyabr ayının 5-dən 10a kimi Sərhədçilər kompleksində keçirilən ikinci turnir də baş tutdu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəşid Məmmədbəyov haqqında məlumat. Rəşid Məmmədbəyov nədir? Rəşid Məmmədbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qolf

  • Fevral 27, 2026

    Göygöl (göl)

  • Mart 01, 2026

    Alaçatı

  • Fevral 27, 2026

    9 (ədəd)

  • Fevral 27, 2026

    Nelson Rokfeller

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst