Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

A. Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir.

Rəşad Haşımov

  • Ana Səhifə
  • Vikipediya
  • Rəşad Haşımov

Rəşad Mirhaşım oğlu Haşımov 5 iyun 1971-ci ildə Bakıda anadan olmuşdur.

Rəşad Haşımov
Rəşad Mirhaşım oğlu Haşımov
Ümumi məlumatlar
Doğum tarixi 5 iyul 1971 (54 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1990–günümüzə
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20062006

A. Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir.

1990-cı ildə "Aypara" qrupunun tərkibində Almatı şəhərində keçirilən "Asiyanın səsi" müsabiqəsində iştirak etmişdir. Həmin illərdə "AzKonsert" Dövlət qastrol birliyində pianoçu kimi işləmişdir.

1993-cü ildə "Rast" qrupunu yaratmış və hal-hazıradək həmin kollektivin bədii rəhbəridir.

1994-cü ildə Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi altında studiyada çalışmış, bir neçə musiqi layihələrində yaxından iştirak etmişdir.

"Rast" qrupu 1996-cı ildə Fransada keçirilən "Radio France İnternational" müsabiqəsində iştirak edərək 360 qrupdan 10 ən güclü qrupların sırasına düşərək müsabiqənin finalçısı olmuşdur.

2005-ci ildə Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti tərkibində R. Haşımov "Rast" qrupu ilə birgə Dövlət Kreml Sarayında keçirilən Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimində çıxış etmişdir. Həmin ildə Parisdə keçirilən görkəmli akademik Yusif Məmmədəliyevin 100 illiyinə həsr olunmuş tədbirin musiqi rəhbəri olmuşdur.

R. Haşımovun rəhbərlik etdiyi "Rast" qrupu 1996-cı ildə "Humay", 1997, 1998, 1999-cu illərdə "Qrand" mükafatlarına layiq görülmüşdür.

2013-cü ildən "Eurovision" musiqi yarışmasının Azərbaycan üzrə münsiflər heyətinin üzvüdür.

Azərbaycan mədəniyyətinin və musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub

Filmoqrafiya

  1. Vəkil hanı? (film, 2011)
  2. Qanun naminə (serial, 2013)
  1. Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [ölü keçid]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəşad Haşımov haqqında məlumat. Rəşad Haşımov nədir? Rəşad Haşımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Volkswagen Beetle

  • Fevral 27, 2026

    Anna Xanım

  • Fevral 27, 2026

    Məməli heyvan

  • Fevral 27, 2026

    1UP.com

  • Fevral 27, 2026

    Çay

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst