Rəşad Rüfət oğlu Əhmədzadə (3 aprel 1963, Bakı) — Kukla teatrının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017).
| Rəşad Əhmədzadə | |
|---|---|
| Rəşad Rüfət oğlu Əhmədzadə | |
| Doğum tarixi | 3 aprel 1963 (62 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşı | Səidə Haqverdiyeva |
| Atası | Rüfət Əhmədzadə |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Rəşad Əhmədzadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970–1980).
1980-ci ilin dekabr ayında Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhmədzadə hərbi xidmətdən (1981–1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq 1996-cı ilə qədər burada səhnə maşinisti, texnik-radist , işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri və direktor müavini vəzifələrində çalışıb.
1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
1996-ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb.
2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunmuşdur. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir.
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
2017-ci ildə-2018-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının direktoru vəzifəsini müvəqqəti icra edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəşad əhmədzadə sözünün mənası, rəşad əhmədzadə haqqında məlumat. rəşad əhmədzadə nədir? rəşad əhmədzadə nə deməkdir?