Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xədicə Aredba və ya sonradan Rümeysa Xeyridil Aredba (ərəb. شاہندہ خانم‎; 1873, Abxaziya[d] – 1927, İstanbul) — son Osmanlı sultanı Sultan Vahidəddinin xanımı N

Rümeysa Aredba

  • Ana Səhifə
  • Vikipediya
  • Rümeysa Aredba

Xədicə Aredba və ya sonradan Rümeysa Xeyridil Aredba (ərəb. شاہندہ خانم‎; 1873, Abxaziya[d] – 1927, İstanbul) — son Osmanlı sultanı Sultan Vahidəddinin xanımı Nazikəda Qadınəfəndinin nədimələrindən biri, Abxaz əsilzadəsi.

Rümeysa Aredba
Şəxsi məlumatlar
Doğum tarixi 1873(1873)
Doğum yeri
  • Abxaziya[d]
Vəfat tarixi 1927(1927) (53–54 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Fəaliyyəti yazıçı
Atası Xəlil bəy Aredba

1873-cü ildə Abxaziyanın Adler rayonunda dünyaya gəldi. Abxaz əsilzadəsi olan Xəlil bəy Aredbanın qızı olub, əsl adı Xədicədir. Özündən başqa Əminə (30 may 1872 - 18 mart 1945) və Pakizə (1876-1943) adlı 2 bacısının olduğu bilinir. Hələ 3 yaşında ikən bacıları Əminə və Pakizə, əmisi qızları Dəryal, Rümeysa, Naciyə, Fatma, Əminə və Kamilə ilə birlikdə Cəmilə Sultanın nədiməsi olan bibisi Suzidil Xatunun yanına göndərildi. Bacılarından Əminənin adı Aliyə Nazikəda olaraq dəyişdirildi və 6 iyul 1886-cı ildə Sultan Əbdüləzizin oğullarından İzzəddin Əfəndiylə evləndirildi. Digər bacısı Pakizə xanım isə Əsad bəy adlı biriylə evləndirildi. Əmisi qızlarından Kamilənin adı Məzidə olaraq dəyişdirildi və 2 fevral 1885-ci ildə Sultan Əbdülhəmidlə evləndirildi. Digər əmisi qızı Dəryal xanım 4 iyun 1886-cı ildə Sultan Əbdülhəmidin oğullarından Səlim Əfəndi ilə evləndirildi. Digər əmisi qızı Əminənin adı Nazikəda olaraq dəyidirildi və 8 iyun 1885-ci ildə vəliəhd Vahidəddin Əfəndiylə evləndirildi.

Əmisi qızı Nazikəda xanımın vəliəhd Vahidəddin Əfəndiylə evlənməsinin ardından onun baş nədiməsi olaraq Çırağan sarayına köçürülən Rümeysa xanım heç vaxt evlənmədi və uzun illər Nazikəda Qadınəfəndinin nədiməsi olaraq Osmanlı sarayında xidmət etdi. Sultan Vahidəddin 17 noyabr 1922-ci ildə taxtdan çəkilərək ölkədən qaçsa da, ailə fərdləri İstanbulda qaldı. Rümeysa xanım isə Nazikəda Qadınəfəndinin digər xidmətçiləriylə birlikdə Fəriyyə sarayında həbs olundu. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi Nazikəda Qadınəfəndi də sürgünə göndərildi. Rümeysa xanım da onunla birlikdə İtaliyanın San-Remo qəsəbəsinə sürgünə getdi. Sürgün illərində yaşadığı və gördüklərini yazıya alan Rümeysa xanımın bu yazıları ölümündən sonra xatirat olaraq nəşr edildi.

Sultan Vahidəddinin 16 may 1926-cı ildə San-Remoda vəfatının ardından burada onunla birlikdə olan saray xidmətliləri sərbəst buraxıldı və Rümeysa xanım həmin ilin sonlarında İstanbula geri döndü. Ancaq çox keçmədən - 1927-ci ildə İstanbulda xərçəng xəstəliyi səbəbilə vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rümeysa aredba sözünün mənası, rümeysa aredba haqqında məlumat. rümeysa aredba nədir? rümeysa aredba nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İks-adamlar

  • Fevral 26, 2026

    Diferensial tənliklər

  • Fevral 27, 2026

    Yük maşını

  • Fevral 27, 2026

    Kelt dənizi

  • Fevral 27, 2026

    Musa Abdullayev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst