Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəzet — müəyyən edilmiş dövriliklə (gündəlik, həftəlik və ya başqa intervallarla) nəşr edilən, cari ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər aktual məsə

Qəzet

  • Ana Səhifə
  • Vikipediya
  • Qəzet

Qəzet — müəyyən edilmiş dövriliklə (gündəlik, həftəlik və ya başqa intervallarla) nəşr edilən, cari ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər aktual məsələlərə dair informasiya, analitik materiallar və digər məzmunlu yazıların dərc olunduğu mətbu nəşr forması. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı.

"Relation" qəzetinin üz səhifəsi 1609

"Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.

Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar.

Mündəricat

Tarixi

İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə. 59-cu ildə nəşr olunmağa başlanmış və «Günün hadisələri» adlanan vərəq idi. İlk çap nəşri isə VIII əsrdə dərc edilmiş Çində buraxılan «Dibao» («Ti-pao») nəşri olmuşdur. Bu nəşr, müəyyən ölçülü taxta lövhələrdən hazırlanmışdı. Avropada müntəzəm nəşr edilən ilk qəzet isə «Avista Relation» və yaxud «Zaytunq» qəzeti idi. Bu nəşr Almaniyada 1609-cu ildən çap edilməyə başlanmışdı.

Xüsusiyyətləri

Qəzetlər digər kütləvi informasiya vasitələri – jurnal, televiziya və radio ilə müqayisədə müəyyən üstünlüklərə və daha artıq imkanlara malikdir. Qəzet daha çox məlumatı və daha müfəssəl şəkildə işıqlandıra bilir, radio və televiziyada gedən xəbərlər isə xülasə xarakteri daşıyır. Jurnallar əsasən müəyyən bir zaman kəsimində ölkədə və xaricdə baş vermiş mühüm hadisələrin işıqlandırılması və şərhi ilə məşğul olurlar. Qəzetlər də həmçinin, yerli xəbərlərin işıqlandırılması yönündə çalışırlar və bundan da başqa, informasiyanı jurnallara nisbətən daha operativ sürətdə təqdim edir və şərh verirlər.

Qəzetlər əsasən gündəlik və həftəlik olurlar. Ayda bir dəfə nəşr olunan qəzetlərdə mövcuddur. Gündəlik qəzetlər ümumdünya, milli və yerli xəbərləri çap edirlər. Gündəlik qəzetlərin çoxu səhər qəzetləri, bir hissəsi isə axşam qəzetləri olurlar. Gündəlik qəzetlərin həftəsonu buraxılışları həcmcə adətən adi qəzetlərdən böyük olur. Bu qəzetlərin tərtibatında xüsusi bölmələr nəzərdə tutulur: iqtisadiyyat, əyləncə, maliyyə, səyahət, bazar günü əlavəsi, verilişlərin proqarmı və rəngli komikslər və d. Böyük olmayan zonalara xidmət edən həftəlik qəzetləradətən toylar, ad günləri, vəfat, yerli işgüzar həyat və siyasəti barədə də məlumat verir. Əksər həftəlik məhdud dairəni əhatə edən belə qəzetlər beynəlxalq və milli xəbərləri dərc etmirlər.

İnternet-qəzetlər

İnformasiya texnologiyalarının inkişafı və İnternetin yaranması ilə əlaqədar internet-qəzetlər (virtual qəzet) də mövcuddur. Onlar İnternet-jurnalistikaya daxil olub, bu sahənin əsas istiqamətidir.

Azərbaycanda sırf elektron olaraq məşhurluq qazanan ilk qəzet isə E-QƏZET olmuşdur.

Maraqlı faktlar

  • Rusiyanın Yaroslavl şəhərində buraxılan həftəlik "Се́верный край" qəzeti 1905-1909-cu illər ərzində 42 dəfə adını dəyişib.

Həmçinin bax

  • Dövri mətbuat
  • Berliner

Ədəbiyyat

  • Моисеев В. А. Журналистика и журналисты. К.: Дакор, 2002. — 400 с. ISBN 966-95845-3-1

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəzet haqqında məlumat. Qəzet nədir? Qəzet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Bəktaşilik

  • Fevral 18, 2026

    Çin

  • Fevral 25, 2026

    Şirvan

  • Fevral 24, 2026

    Kayman adaları

  • Fevral 24, 2026

    29 iyun

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst