Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qədir Çərkəz oğlu Rüstəmov (20 noyabr 1935, Ağdam rayonu – 14 dekabr 2011, İstanbul) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəl

Qədir Rüstəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Qədir Rüstəmov

Qədir Çərkəz oğlu Rüstəmov (20 noyabr 1935, Ağdam rayonu – 14 dekabr 2011, İstanbul) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997).

Qədir Rüstəmov
Ümumi məlumatlar
Doğum tarixi 20 noyabr 1935
Doğum yeri Ağdam, Azərbaycan SSR
Vəfat tarixi 14 dekabr 2011 (76 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Bakı
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Fəaliyyət illəri 1950-ci ildən
Musiqi aləti qaval
Səs tembri zil
Mükafatları
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
  • "Şöhrət" ordeni — 19971997

Mündəricat

Həyatı

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.

Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil almışdır. Elə məktəb illərindən həkim Araz Budaqovla da dostluqları formalaşmışdı.

Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.

14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.

Xatirəsi

2025-ci ildə Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Qədir Rüstəmovun 90 illiyi münasibətilə xatirə gecəsi keçirilmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 mart 1989
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 30 dekabr 1992
  • "Şöhrət" ordeni — 14 fevral 1997.
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1997
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Filmoqrafiya

  • Üzeyir ömrü (film, 1981)
  • Qədirin sorağında (film, 1993)
  • Qədir Rüstəmov (film, 2001)
  • Memar (film, 2006)
  • Bu səs Qədirin səsidir (film, 2007)
  • Muğamat var olan yerdə... (film, 2009)

Ədəbiyyat

  1. Aydınoğlu, T. Milyonların sevgisini qazanmış əfsanəvi xanəndə: Qədir Rüstəmov – 80 //Xalq qəzeti.- 2015.- 20 dekabr.- S.7.
  2. Böyük xanəndə Qədir Rüstəmovun 80 illik yubileyi qeyd edilib: [Muğam Mərkəzində] //525-ci qəzet.- 2015.- 17 dekabr.- S.7.
  3. Göygöldə Qədir Rüstəmovun 80 illik yubileyi ilə bağlı tədbir: [Mədəniyyət Mərkəzində] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.2.
  4. Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub: [Beynəlxalq Muğam Mərkəzində] //Mədəniyyət.- 2015.- 18 dekabr.- S.8.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qədir Rüstəmov haqqında məlumat. Qədir Rüstəmov nədir? Qədir Rüstəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük Qaramurad

  • Fevral 23, 2026

    Çin tarixi

  • Fevral 27, 2026

    Fresno

  • Fevral 27, 2026

    Codiaeae

  • Fevral 23, 2026

    Karbon

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst