Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur. 1728-

Qızıldəmir

  • Ana Səhifə
  • Vikipediya
  • Qızıldəmir

Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir.

Kənd
Qızıldəmir
40°16′33″ şm. e. 44°17′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.030 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 4.168 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Qızıldəmir xəritədə
Qızıldəmir
Qızıldəmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızıldəmir kəndi formasında qeyd edilmişdir.

Toponimi

Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. XIX əsrin sonlarına aid ədəbiyyatda Qızıl Teymur kimi göstərilmişdir. "Dəmir (Teymur) adlı şəxsə mənsub qırmızı rəngli yer" mə'nasındadır.

Əhalisi

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–30-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir. Sonralar azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1870-ci illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır. Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qızıldəmir sözünün mənası, qızıldəmir haqqında məlumat. qızıldəmir nədir? qızıldəmir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kobus anselli

  • Fevral 27, 2026

    Şafi

  • Fevral 27, 2026

    Iguania

  • Fevral 27, 2026

    UNPO

  • Mart 06, 2026

    Çörçill

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst