Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektr

Qırmızı yerdəyişmə

  • Ana Səhifə
  • Vikipediya
  • Qırmızı yerdəyişmə

Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur.

Günəşin görünən spektrindəki udma xətləri ilə müqayisədə (sağda) uzaq qalaktikaların superklasterinin görünən spektrində udma xətləri (solda). Oxlar qırmızıya sürüşməni göstərir. Dalğa uzunluğu qırmızıya və ondan uzağa doğru artır (tezlik azalır).

Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir.

Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir:

Δz=Δλ / λ =Hr / c (Habbl qanunu).

Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.

Qravitasiya qırmızıya sürüşməsi qravitasiya sahəsində yayılan şüalanmanın tezliyinin azalmasıdır. Şüalanma cazibə qüvvələrinə əks istiqamətdə yayıldıqda (zamanın gedişi yavaşlayır) onun tezliyi azalır, cazibə qüvvələri istiqamətində yayıldıqda (zamanın gedişi sürətlənir) isə artır. Qravitasiya qırmızıya sürüşməsini ümumi nisbilik nəzəriyyəsinə əsasən 1911-ci ildə Albert Eynşteyn irəli sürmüşdür (Eynşteyn effekti). Qravitasiya qırmızıya sürüşməsi Günəşin, sonra isə başqa ulduzların (məs., ağ cırtdanların) şüalanmasında müşahidə edilmişdir. Bəzi hallarda (məs., qravitasiya kollapsında) hər iki qırmızıya sürüşmə yekun effekt şəklində müşahidə oluna bilir.

İstinad siyahısı

  1. See Feynman, Leighton and Sands (1989) or any introductory undergraduate (and many high school) physics textbooks. See Taylor (1992) for a relativistic discussion.
  2. See Binney and Merrifeld (1998), Carroll and Ostlie (1996), Kutner (2003) for applications in astronomy.
Vikianbarda Qırmızıya sürüşmə ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qırmızı yerdəyişmə haqqında məlumat. Qırmızı yerdəyişmə nədir? Qırmızı yerdəyişmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Haşim Taçi

  • Fevral 24, 2026

    Batumi

  • Fevral 27, 2026

    Eneida

  • Fevral 27, 2026

    Daraqayaqlılar

  • Fevral 27, 2026

    Sergey Klyaştornı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst