Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qırmızı Bazar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Er

Qırmızı Bazar

  • Ana Səhifə
  • Vikipediya
  • Qırmızı Bazar

Qırmızı Bazar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Qırmızı Bazar
39°40′33″ şm. e. 46°56′55″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 670 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 39 nəf. (2025)
Xəritəni göstər/gizlə
Qırmızı Bazar xəritədə
Qırmızı Bazar
Qırmızı Bazar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qırmızı Bazar qəsəbəsi

Mündəricat

Toponimikası

Qəsəbə keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 may Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən Mavaş, Sixtoraşen, Bilbilyak, Şixer və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.

Tarixi

Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi başladıqda qəsəbə erməni separatçılarının nəzarətində idi. Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat uğursuzluqla nəticələnib. Müharibə nəticəsində qəsəbə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalıb. Birinci Qarabağ müharibəsində kəndin 40 nəfər erməni sakini öldürülüb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı qəsəbədə ciddi dağıntılar baş verib, təxminən 120 ev döyüşlər nəticəsində ziyan görüb. Müharibə zamanı Azərbaycan ordusu qəsəbənin bir kilometrliyinə qədər irəliləyib. Müharibənin nəticələrinə əsasən Qırmızı Bazar qəsəbəsi Rusiya sülhməramlılarının nəzarətinə verilib. Müharibədən sonra 2021-ci ildə qəsəbədə təxminən 800 nəfər əhali yaşayırdı.

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Qəsəbə Köndələnçayın (Arazın qolu) sol sahilində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX
Milli tərkibi
Siyahıyaalınma ili
1959
1970
1979
2008
2009
2010
Ermənilər 673
(98,7 %)
▲1 075
(99,4 %)
▲1 093
(99,2 %)
▼977
(100 %)
▲979
(100 %)
▲1 010
(100 %)
Azərbaycanlılar 5
(0,7 %)
▼3
(0,3 %)
▬3
(0,3 %)
▼0
(0 %)
▬0
(0 %)
▬0
(0 %)
Ruslar 3
(0,4 %)
▼1
(0,1 %)
▲4
(0,4 %)
▼0
(0 %)
▬0
(0 %)
▬0
(0 %)
Digərləri 1
(0,1 %)
2
(0,2 %)
2
(0,2 %)
0
(0 %)
0
(0 %)
0
(0 %)
Cəmi 682 (100 %) 1 081 (100 %) 1 102 (100 %) 977 (100 %) 979 (100 %) 1 010 (100 %)

İqtisadiyyatı

1930-cu illərdə qəsəbəyə daxili su təchizatı şəbəkəsi çəkilib. Sovet dövründə burada şərab və yağ–pendir zavodu fəaliyyət göstərib. Qəsəbədəki şərab zavodu 2000-ci ildə fəaliyyətini bərpa edib. 2016-cı ildə ümumerməni "Hayastan" Fondunun vəsaiti hesabına burada bələdiyyə mərkəzi tikilib.

Mədəniyyəti

Sovet vaxtı qəsəbədə klub, kitabxana, kinoteatr və ATS fəaliyyət göstərib.

Təhsil

Qəsəbədə məktəb və uşaq bağçası mövcuddur.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Sovet vaxtı qəsəbədə xəstəxana mövcud olub.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qırmızı bazar sözünün mənası, qırmızı bazar haqqında məlumat. qırmızı bazar nədir? qırmızı bazar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Yəhəraltı çaqqal

  • Fevral 26, 2026

    Çincə

  • Mart 01, 2026

    Xunta

  • Mart 01, 2026

    Rəis Rəsulzadə

  • Fevral 27, 2026

    Numan Kurtulmuş

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst