Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Quzanlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Quzanlı bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Quzanlı bələdiyyəsi

Quzanlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Quzanlı bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı bələdiyyəsi
Gerb
Gerb
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
Bələdiyənin ünvanı Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsi, Heydər Əliyev Mərkəzinin yanında
Bələdiyyə sədri Məhərrəmov Rauf Əlöysət oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Sahəsi
  • 37,7 km²
Əhalisi
Əhalisi
  • 16.086 nəf. (2025)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60913007
Bələdiyyə ödənişləri üçün vergi kodu 3209
VÖEN 3200013311
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
quzanlibelediyyesi@outlook.com

Mündəricat

Tarixi

07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədən biri Ağdam rayonunun Quzanlı bələdiyyəsi olub.

Bu Bələdiyyənin ilk Nizamnaməsi 14.02.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə təsdiq edilib və 21.08.2017-ci il tarixli 16 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarla ləğv olunub.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası" yaradılıb, Quzanlı bələdiyyəsi həmin Şuranın üzvülüyünə qəbul edilib və Quzanlı bələdiyyəsinin sədri eyni zamanda həmin Əlaqələndirmə Şurasının sədri seçilib.

2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Əldliyyə İdarəsi vasitəsilə həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

09.10.2007-ci il tarixli 426-IIIQD nömrəli Qanunla "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nda "Ağdam rayonu" bölməsinin 9-cu sırasında "Quzanlı, Çullu, Eyvazlı" sözləri "Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu" sözləri ilə əvəz" edilib.

01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində:… 4) 9-cu sırada "Quzanlı bələdiyyəsi" sözlərinin qarşısındakı "Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu və İmamqulubəyli kəndləri" sözləri "Quzanlı, Birinci Quzanlı, İmamqulubəyli qəsəbələri və Çullu, Eyvazlı, İmamqulubəyli kəndləri" sözləri ilə;" əvəz edilib.

21.08.2017-ci il tarixli 16 nömrəli Protokolunda təsbit edilmiş 1-cı Qərarı ilə ikinci Nizmanaməsi təsdiq edilib.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

07.04.2025-ci il tarixındə Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurasının 1 nömrəli iclas Protokolunda təsbit edilmiş Qərara əsasən Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin sədri Şuranın sədri seçilib, Şura öz fəaliyyətini Xındırıstan kəndində davam edir.

20205-ci ilin yanvar-dekabr ayları ərzində Bələdiyyə rəngli loqo yaradaraq, öz sosla şəbəkə hesablarında paylaşmış, lakin bələdiyyə iclasında təqdiq edə bilməmişdi. Bu emblem Bələdyyə əraizindən Ağdam rayonuna girişdə, İmamqulubəyli kəndinin ərazisində quraşdırılmış bayraq meydanına həsr olunmuşdu.

Quzanlı bələdiyyəsinin 2025-ci il yanvar-dekabr aylarında istifadə etdiyi emblem

24.12.2025-ci il tarixli 36 №-li Protokolu ilə Bələdiyyə yeni embleminin təsvirini və istifadə qaydalarını təsdiq edib. Bu emblemin simvolik-məna təsviri belədir:

1.  Emblemin elementlərinin simvolik-məna təsviri

1.1. Ümumi məna: Emblem Ağdam rayonunun Quzanlı bələdiyyəsinin rəsmi nişanı, simvolu olmaqla aşağıdakıları əks etdirir:

1.1.1.  Bələdiyyə ərazisindəki qəsəbə və kəndlərin tarixən türk mənşəli tayfaların yaşadığı ərazi kimi tanındığı, xüsusilə Oğuz türk tayfaları ilə bağlılığı əks etdirir;

1.1.2.  Azərbaycanın Qarabağ bölgəsinin mədəni-tarixi kontekstində qurulur;

1.1.3.  dizaynı Bələdiyyə ərazisinin aid olduğu türk dövlətlərinin rəsmi simvolları, bu torpaqlarda yaşamış tarixi türk tayfalarının damğa (qəbilə möhürləri) simvolları və Azərbaycan xalça motivləri ilə zənginləşdirilir;

1.1.4.  qədim türk mifologiyasından, yerli mədəniyyətindən və islam təsirlərini əks etdirir.

1.2. Şərq qalxanı üzərində günəş şüaları şəklində çoxguşəli ulduzların mənası belədir:

1.2.1.  günəş şüaları qədim türk mifologiyasında həyat, qüdrət və məsumluq (günahsızlıq) simvoludur, necə ki “Quzanlı” sözü Kitabi Dədəqorqud və başqa milli folklor nümunələrində “günahsız”, “məsum” mənalarında işlədilib;

1.2.2.  yerli türk tayfalarında günəş ilahəsi Gün Ana kimi ibadət olunub və bu motiv tayfa damğalarında mülkiyyət və qorunma nişanı kimi istifadə edilib;

1.2.3.  Quzanlı ərazisində yaşamış türk tayfaları (Qarabağ xanlığının Oğuz kökləri) üçün günəş şüaları qəbilə birliyini və torpaq sahibliyini ifadə etməklə, mülkiyyət olan maddi nemətlərə vurulan nişanlar kimi istifadə edilib;

1.2.4.  Azərbaycan xalçalarında (xüsusilə Qarabağ məktəbi) bu motiv "göl" və ya "şüa" adlanır və bolluq, işıq və qorunma mənasını daşıyır;

1.2.5.  Türk dövlətlərində günəş simvolu suverenliyi və imperator gücü ifadə edir;

1.2.6.  müasir Türk Dövlətləri Təşkilatının bayraqlarında da ulduz və şüa motivləri türk birliyini bildirir;

1.2.7.  Quzanlı kontekstində bu simvol Ağdam rayonundakı mərkəzi mövqeyini (Qarabağın "qapısı" kimi tanınan ərazi) və tarixi müstəqilliyi vurğulayır;

1.2.8.  Şüaların sayı on altıdır ki, bu da Orxon və Altay ornamentlərində yer alan günəş simvollarının 16 qoluna işarədir.

1.3. Guşədə çiçəkli naxış şəklində elementlərin mənası belədir:

1.3.1.  qədim türk damğalarında bu işarə yerin türk qəbiləsinə aidiyyətini göstərən həndəsi nişanlar olub; xüsusilə, oğuz tayfalarında romb və çarx formaları qorunma və ailə birliyini əks etdirib;

1.3.2.  Bələdiyyə ərazisindəki yaşayış məntəqələrində yaşamış tayfalar (Qarabağdakı türk köçərilər) bu işarəli damğalarını heyvanlara, qaya-daşlara və xalçalara vuraraq, ona mülkiyyət və mənəvi qüvvə mənasını veriblər;

1.3.3.  Azərbaycan xalçalarında bu motivlər "buta" (alov və ya çiçək forması) və ya "göl" adlanır: buta həyatı, məhsuldarlığı və qorunmanı, romblar isə gücü və stabilliyi ifadə edir.

1.4. Mərkəzi səkkizguşəli Azərbaycan və daxilindəki səkkizguşəli Səlcuq ulduzu olan elementin mənası belədir:

1.4.1.  səkkizguşəli böyük ulduz Azərbaycan milli gerbində və bayrağında olan əsas simvolu əks etdirməklə, islam dinindəki səkkiz cənnət qapısı və türk irsi olan balans və harmoniya simgəsidir;

1.4.2.  Səlcuq ulduzu (iki dörbucağın vədhədi) türk damğalarında qəbilə rəhbərliyini və Göy Tanrını ifadə edir;

1.4.3.  Bələdiyyə ərazisindəki qədim petrogliflərdə ulduz damğaları qorunma və əbədiyyət nişanı kimi istifadə edilib;

1.4.4.  Azərbaycan (xüsusilə də Qarabağ) xalçalarında ulduz "yıldız" qorunma, uğur və kosmik harmoniya mənası daşıyır;

1.4.5.  Türk dövlətlərində (Səlcuq, Rum, Osmanlı, Azərbaycan Atabəyləri simgələrində) ulduz suverenliyi və dini birliyi simvollaşdırıb;

1.4.6.  müasir Türk Dövlətləri Təşkilatının bayraqlarında Səlcuq ulduzu, eyni zamanda, dörd qurucu dövlətin simvolları kimi qəbul edilir;

1.4.7.  Bələdiyyə üçün bu, ərazinin islam-türk irsi və Ağdamın tarixi (Qarabağ xanlığı) ilə bağlıdır, həm də vəhdəd yerli özünüidarəetmə prinsiplərini vurğulayır.

1.5. Mərkəzdəki kiçik ulduzlar olan daxili elementlərin mənaları belədir:

1.5.1.  Emblemin mərkəzində təsvir edilmiş kiçik ulduzlar türk damğalarında ailə və tayfa birliyinin simgəsidir – köçəri türk boylarında damğalar qrup kimliyini ifadə edən kompleks nişanlara aiddir;

1.5.2.  Bələdiyyə ərazisində vaxtı ilə yaşamış oğuz boylarının mənəvi bağlarını göstərir;

1.5.3.  xalça simvollarında bu cür ulduzlar qorunma rəmzidir;

1.5.4.  türk dövlətlərində (Osmanlı, Türkiyə, Azərbaycan rəsmi rəmzlərində) ulduzlar dini (İslam ay-ulduz) və milli-irsi (qüvvət, davamlılıq) məna daşıyır.

1.5.5.  Bu element Quzanlı bələdiyyəsinin icma birliyini və tarixi qorunmasını vurğulayır.

1.6. Yazı və qövsvari yerləşmə elementinin mənaları belədir:

1.6.1.  “Ağdam rayonunun Quzanlı bələdiyyəsi” yazısı Bələdiyyənin Nizamnaməsindəki tam rəsmi adını ifadə edir;

1.6.2.  eyni zamanda, “Ağdam rayonunun” ifadəsi Bələdiyyənin coğrafi mənsubiyyətini göstərir;

1.6.3.  qövsvari yerləşmə türk damğalarında dairəvi nişanlar kimi əbədiyyət və birliyi ifadə edir;

1.6.4.  eynilə, qövsvari yerləşmə imkan verir ki, Emblem dairəvi möhür şəklində də istifadə edilsin.

1.7. Rənglərin mənaları belədir:

1.7.1.  Emblemdə gümüşü və boz-qara rənglər istifadə edilməklə, türk dövlətlərində və damğalarında bu rənglər imperativ birliyin və ənənəvi sənətkarlığın rəmzi kimi qəbul edilib;

1.7.2.  gümüşü rəng Azərbaycan və ümumi türk heraldikasında saflıq, səmimiyyət və sülh rəmzi kimi istifadə olunmaqla, türk mədəniyyətində bu rəng mərkəzi (dünya mərkəzi) və ya qərb istiqamətini (ağ rənglə əlaqəli) ifadə edir – bu, türk xalq ədəbiyyatında bolluq və əbədiyyəti təmsil edir; habelə Azərbaycan milli simvollarında gümüşü rəng təmizlik və müdriklik mənasını daşıyır;

1.7.3.  Bələdiyyə kontekstində gümüşü rəng yerli idarəçiliyin şəffaflığını və xalqın saflığını vurğulayaraq, Qarabağ bölgəsinin dirçəlişini (yenidənqurmanı) ehtiva edir;

1.7.4.  qara rəng türk mədəniyyətində güc, böyüklük və xalqın birliyini göstərməklə, qədim türk yazılarında "kara" (qara) "Qara xalq" mənasında istifadə olunaraq, sadə xalqın gücü, böyük və davamlılığını ifadə edir;

1.7.5.  qara rəng Bələdiyyənin Qarabağ müharibəsi, xüsusən, Quzanlının müvəqqəti rayon mərkəzi statusu kontekstində, tarixi mübarizəsini və xalqın möhkəmliyini vurğulayır.

Mərkəzi və ərazisi

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Quzanlı bələdiyyəsinin mərkəzi Ağdamın Quzanlı qəsəbəsidir.

Bələdiyyənin ünvanı: Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsi, Heydər Əliyev Mərkəzinin yanında.

Bələdiyyənin tam adı VÖEN Bələdiyyə ödəyiciləri üçün vergi kodu Bələdiyyənin statistik kodu Ərazisi (km²) İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Ağdam rayonunun Quzanlı bələdiyyəsi 3200013311 3209 60913007 37,7 Quzanlı qəsəbə iəd 60913005 Quzanlı qəsəbəsi 60913016
Eyvazlı kəndi 60913028
Birinci Quzanlı iəd 60943005 Birinci Quzanlı qəsəbəsi 60943016
İmamqulubəyli qəsəbə iəd 60947005 İmamqulubəyli qəsəbəsi 60947016
İmamqulubəyli kənd iəd 60931005 İmamqulubəyli kəndi 60931018
Çullu kəndi 60931028

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 3923 ev təsərrüfatı fəaliyyət göstərməklə,16086 nəfər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quzanlı bələdiyyəsi haqqında məlumat. Quzanlı bələdiyyəsi nədir? Quzanlı bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Sovet-Əfqan müharibəsi

  • Fevral 23, 2026

    XIX əsr

  • Fevral 27, 2026

    Astragalus ampullarioides

  • Fevral 26, 2026

    Aorslar

  • Fevral 27, 2026

    Apolitik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst