Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurdqulağı süsəni (lat. Iris lycotis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siya

Qurdqulağı süsəni

  • Ana Səhifə
  • Vikipediya
  • Qurdqulağı süsəni

Qurdqulağı süsəni (lat. Iris lycotis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. 

Qurdqulağı süsəni
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Süsənkimilər
Yarımfəsilə:
Süsənkimilər
Triba:
Süsənkimilər
Cins:
Süsən
Növ:
Qurdqulağı süsəni
Beynəlxalq elmi adı
  • Iris lycotis Woronow
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  2943444

Mündəricat

Botaniki xarakteristikası

Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir. Qutucuq uzunsov-silindrşəkilli, 3 tilli, 7 sm-ə qədər uzunluğunda uzun buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi aprel, meyvə əmələgəlmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Düzənlikdə və aşağı dağ qurşağında, quru, gilli və çınqıllı yamaclarda, yovşanlı yarımsəhralarda yayılmışdır. Mezokserofitdir.

Yayılması

Naxçıvanın dağlıq və düzənlik hissəsində (Culfa rayonu Darıdağ ərazisində).

Sayı və tendensiyası

Populyasiyasının vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması).

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması və yasaqlıqların yaradılması vacibdir. Naxçıvan – Babək rayonu Əznəburt kəndi, Cülfa rayonu Əbrəqunis kəndi və Darıdağda, Şahbuz rayonu Qarababa kəndi, Ordubad rayonu Aza kəndi ətrafında. Azərbaycandan kənarda – Ermənistanda yayılmışdır. Aşağı daşlıq qurşaqda, düzənliklərdə, quru gillicəli və yovşanlı yarımsəhrada bitir.

Çoxalması

Toxumla və vegetativ yolla çoxalır. Bitkini buket üçün yığılması, heyvanların otarılması bitkinin azalmasına səbəb olmuşdur. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir. Qorunması üçün xüsusi mühafizə tədbirlər hazırlanmamışdır.

Sinonimləri

Homotipik sinonimləri

  • Iris iberica subsp. lycotis (Woronow) Takht.

Heterotipik sinonimləri

  • Iris iberica var. bellii Baker

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qurdqulağı süsəni sözünün mənası, qurdqulağı süsəni haqqında məlumat. qurdqulağı süsəni nədir? qurdqulağı süsəni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Aleksey Osipoviç

  • Fevral 25, 2026

    İşemik insult

  • Fevral 27, 2026

    Yekaterina Pavlovna

  • Mart 06, 2026

    Səqez şəhristanı

  • Fevral 27, 2026

    Aleksandr Qlezer

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst