Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi.

Qurban Namazov

  • Ana Səhifə
  • Vikipediya
  • Qurban Namazov

Qurban Namazov (tam adı: Qurban İbrahim oğlu Namazov) — Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi.

Qurban Namazov
Qurban İbrahim oğlu Namazov
Doğum tarixi 25 oktyabr 1947 (78 yaş)
Doğum yeri Daşkənd kəndi, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası İbrahim Namazov
Təhsili Azərbaycan Politexnik İnstitutu
Fəaliyyəti mühəndis

Həyatı

Qurban İbrahim oğlu Namazov 25.10.1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.

1954-cü ildə Basarkeçər rayon Daşkənd kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1965-ci ildə Bərdə rayon Yeni Daşkənd kənd orta məktəbinin XI sinfini bitirmişdir.

1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə qəbul olunmuş və 1970-ci ildə həmin institutun "Sənaye və mülki tikinti"ixtisasını əla qiymətlərlə bitirmişdir.

1970-1972-ci illərdə təyinat üzrə Yoşkarola və Sevastopol şəhərlərində hərbi tikinti sahəsində mühəndis-zabit kimi xidmət etmişdir.

1972-1974-cü illərdə Mingəçevir Politexnik Texnikumunda müəllim və Azərbaycan Avtonəqliyyat Nazirliyinin Mingəçevir Tikinti İdarəsində rəis işləmişdir.

1974-1976-cı illərdə Qazaxıstan Respublikasının Ağırsənayetikinti Nazirliyinin "Almaatamənziltikinti" tresti sistemində böyük mühəndis, şöbə rəisi və baş mühəndis vəzifələrində Alma-Ata şəhərinin mühüm obyektlərin tikintisində çalışmışdır.

1976-cı ildə valideynlərinin Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonunun Yeni Daşkənd kəndinə yenidən köçməsi ilə əlaqədar o, Bərdə rayonuna qayıtmışdır. 1977-1978-ci illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Bərdə 4 saylı trestində şöbə rəisi işləmişdir.

1978-1986-cı illərdə Azərbaycan Kənd Tikinti Nazirliyinin Nəzarət-Təftiş İdarəsində təftişçi və böyük təftişçi, 1986-1991-ci illərdə "Aqrarsənayetikinti" və "Kəndtikinti" Birliklərində Nəzarət- Təftiş İdarəsinin böyük təftişçi, rəis müavini və rəisi vəzifələrində işləmişdir.

1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda mühasibat uçotu və təftiş işi üzrə təhsil almışdır.

1991-1996-cı illərdə Dövlətqaçqınkomun Nəzarət-Təftiş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

1997-1999-cu illərdə "Azəravtonəqliyyat" Dövlət Konsernin Nəzarət-Təftiş şöbəsinin rəis müavini və rəisi işləmişdir.

1999-cu ildə dövlət daxili nəzarət sistemi ləğv edildikdən sonra Qurban Namazov 1999-2001-ci illərdə Konsernin Mərkəzi aparatında Mühasibat uçotu şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. 2001-2008-ci illərdə "Azəravtonəqliyyat" DK-nın Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında Baş mühasib işləmişdir.

2008-ci ilin dekabrından Azərbaycan Respublikası Hesablama Palatasında Baş məsləhətçi işləyir.

Ailəsi

Ailəlidir, üç oğlu və bir qızı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurban Namazov haqqında məlumat. Qurban Namazov nədir? Qurban Namazov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sədrəddin Konəvi

  • Mart 01, 2026

    Qori Seminariyası

  • Fevral 27, 2026

    Xanəgahlar

  • Fevral 27, 2026

    Brazzavil

  • Fevral 24, 2026

    21 dekabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst