Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (13 sentyabr 1939, Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul

Quntis Ulmanis

  • Ana Səhifə
  • Vikipediya
  • Quntis Ulmanis

Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (13 sentyabr 1939, Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Respublikasının 5-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010–2011) çağırış üzvü olub.

Quntis Ulmanis
latış. Guntis Ulmanis‎
Latviya Respublikasının 5-ci Prezidenti
8 İyul 1993 – 8 İyul 1999
ƏvvəlkiAnatoli Qorbunov (s.i.)
SonrakıVayra Viqe-Freyberqa
Latviya Seyminin Deputatı
6 İyul 1993 – 8 İyul 1993
2 Noyabr 2010 – 17 Sentyabr 2011
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 1939(1939-09-13) (86 yaş)
Doğum yeri
  • Riqa, Latviya Respublikası[d]
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1990),
  • Latviya Kəndçilər İttifaqı[d],
  • Daha Yaxşı Latviya üçün[d]
Təhsili
  • Latviya Universiteti
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], iqtisadçı
Həyat yoldaşı
  • Ayna Ulmane

Təltifləri "Fəxri legion" ordeninin böyük xaçı "Müqəddəs Mixail və Georgi" ordeni "Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə" ordeninin xüsusi dərəcəsinin böyük xaçı Knight Grand Cross of the Order of the Falcon Collar of the Order of the Cross of Terra Mariana "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı — 1998 Order of the Three Stars, 1st Class Grand Cross of the Order of the White Rose of Finland "Serafimlər" ordeni "Böyük Vitautas" ordeninin böyük xaçı "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin boyunbağılı böyük cəngavər xaçı Order of the White Eagle (Third Polish Republic) — 1997 "Fil" ordeninin cəngavər dərəcəsi — 1997
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub. Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir. Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib. Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb.

Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib. 1963–1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.

Fəaliyyəti

Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu. Quntis Ulmanis 1965-ci ildə Kommunist Partiyasının sıralarına üzv oldu, 1989-cu ildə isə həmin partiyadan ayrıldı.

Quntis Ulmanis 1993-cü il iyulun 7-də baş tutan Prezident seçimlərinə yeganə namizəd oldu. Kəndçi İttifaqının namizədi olan Quntis Ulmanisin lehinə 53, əleyhinə isə 26 deputat səs verdi. Səsvermənin nəticələrinə əsasən Quntis Ulmanis üç il müddətinə Latviya Respublikasının Prezidenti seçildi. Onun andiçmə mərasimi iyulun 8-də baş tutdu. O, dövlət müstəqilliyinin bərpa edən Müstəqil Latviya Respublikasının ilk Prezidenti oldu.

Ailəsi

Quntis Ulmanis Ayna Ulmane ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.

Təltifləri

Latviya təltifləri

  • Latviya Latviya : "Üç Ulduz" ordeni
  • Latviya Latviya : "Viestura" ordeni
  • Latviya Latviya : "Etiraf" xaçı

Xarici təltiflər

  • Almaniya Almaniya : "Almaniya qarşısında xidmətlərə görə" ordeni
  • Böyük Britaniya Birləşmiş Krallıq : "Müqəddəs Mixail və Georgi" ordeni
  • Danimarka Danimarka : "Fil" ordeni
  • Estoniya Estoniya : "Mariya Torpağı Xaçı" ordeni
  • Fransa Fransa : "Fəxri Legion" ordeni
  • Finlandiya Finlandiya : "Ağ qızılgül" ordeni
  • İslandiya İslandiya : "İslandiya qızılquşu" ordeni
  • İsveç İsveç : "Serafimlər" ordeni
  • İtaliya İtaliya : "İtaliya qarşısında xidmətlərə görə" ordeni
  • Litva Litva : "Müqəddəs Vitautas" ordeni
  • Norveç Norveç : "Müqəddəs Olaf" ordeni
  • Polşa Polşa : "Ağ qartal" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quntis Ulmanis haqqında məlumat. Quntis Ulmanis nədir? Quntis Ulmanis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Berinq boğazı

  • Mart 01, 2026

    Güştəsbi

  • Fevral 27, 2026

    Poales

  • Mart 01, 2026

    Ceyms Menqold

  • Fevral 27, 2026

    İrəvan FK

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst